Azərbaycanda zəlzələ olub
- 17-11-2023, 15:29
- Hadisə
İsmayıllı rayonunda zəlzələ baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Oxu.Az-a verilən məlumatına əsasən, yeraltı təkanlar bu gün yerli vaxtla 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda, İsmayıllı rayonunda qeydə alınıb.
Bildirilir ki, zəlzələnin maqnitudası 3,6, dərinliyi 7 km olub. Zəlzələ 3 bal gücündə hiss olunub.
İlhamə Əbülfət