ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
- Bu gün, 11:19
- Hadisə
Bəzən Bakıda və regionlarda yağıntıların miqdarı normadan artıq olur və kanalizasiya kollektorları yağış sularını daşımaq üçün nəzərdə tutulmadığından sistemlər suyun axıdılmasında çətinlik çəkir.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Məlumat verilib ki, drenaj sistemləri fəaliyyət göstərsə də, yağışların sürətli və fasiləsiz xarakter alması suların tam şəkildə ötürülməsinə maneə yaradır.
“İntensiv yağıntılar nəticəsində ölkənin müxtəlif ərazilərində yaranan çətinliklərin aradan qaldırılması məqsədilə Xidmət gücləndirilmiş iş rejiminə keçib. Rayonlar üzrə su-kanal idarələrinin rəhbərləri və bütün işçi heyəti ərazilərdə yığılan suların çəkilməsi, yağış kanalizasiya kollektorlarının təmizlənməsi və onların fəaliyyətinin bərpası istiqamətində fasiləsiz olaraq çalışır. Yağışların intensivliyi nəticəsində su basma riski olan ərazilər əvvəlcədən nəzarətə götürülüb, həmin yerlər texnika, mal-material və işçi heyəti ilə təmin olunub", – deyə məlumatda vurğulanıb.
Qeyd olunub ki, hava şəraitindən asılı olmayaraq, kanalizasiya kollektorlarının yuyulması, barmaqlıqların təmizlənməsi, stansiyaların təftişi və mexaniki avadanlıqların saz vəziyyətə gətirilməsi işləri mütəmadi olaraq həyata keçirilir. Yağışların intensivləşdiyi günlərdə isə bu tədbirlər daha da gücləndirilmiş şəkildə icra olunur.
Hazırda su-kanal idarələrinin məsul əməkdaşları rayon icra hakimiyyətləri ilə birgə ərazilərdə vəziyyəti nəzarətdə saxlayır, mümkün fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görürlər. Yığılan suların ərazilərdən çəkilməsi ilə bağlı işlər davam etdirilir.