SON DƏQİQƏ: Vətəndaş icra hakimiyyətinin qarşısında özünü yandırdı - Video
- 10-09-2020, 17:12
- Hadisə
''Azad Səs'' Aztimes.az-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Bərdə İcra Hakimiyyətinin binası qarşısında baş verib. İcra başçısının onun şikayətlərinə məhəl qoymamasına etiraz bildirən 1967-ci il təvəllüdlü Bərdə rayon sakini Nəsirov İlham Cavanşir oğlu özünü yandırıb. Vətəndaşa yerindəcə müdaxilə edilərək İcra hakimiyyətinin binasına aparılıb. Əraziyə Təcili Tibbi Yardım və polis əməkdaşlarının cəlb olunduğu bildirilir. İcra hakimiyyətindən fikir almaq olmasa da DİN-in ərazi üzrə mətbuat xidməti məlumatı təstiqləyib. İ.Nəsirovun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə ilə bağlı Bərdə rayon Prokurorluğunda araşdırma başladılıb.
Hadisə ilə bağlı Bərdə rayon Prokurorluğunda araşdırma başladılıb.