Ağcabədi rayonunun Boyat kəndində ümumi sahəsi 168 kvadrat metr olan evin mətbəxinin yanar konstruksiyaları 20 kvadrat metr sahədə və dam örtüyü 5 kvadrat metr sahədə yanıb. ''Azad Səs'' xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.