azadses.az » İdman » İdmançılardan etiraz: "Məşq etməyə yer tapmırıq" - İDMAN ZALLARI AÇILACAQ?

İdmançılardan etiraz: "Məşq etməyə yer tapmırıq" - İDMAN ZALLARI AÇILACAQ?

Artıq 10 aydır ki, dünyada, eləcədə Azərbaycanda koronavirus bəlası hökm sürür. Yoluxmanın qarşısını almaq üçün bir çox sahələrdə qapanmalar həyata keçirilir. Lakin sərt karantin bir neçə dəfə yumuşaldılsa da, idman zallarınən fəaliyyətinə icazə verilmir. Bu, idmançıların məşq prosesinə ciddi təsir edir. Onlar məşq etmək üçün yer tapa bilmədiklərini bildirir.

Məsələ ilə bağlı bağlı Redaktor.az-a danışan Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova idman zallarının fəaliyyət göstərməməsinin onlar üçün də ciddi problemlər yaratdığını bildirib:

“İdmançıların üzləşdiyi problemlə bağlı biz Operativ Qərargahı məlumatlandırmışıq. Bizim üçün də çox çətindir. Zalların bağlı olması səbəbi ilə idmaçılar məşqsiz qalıb. Yarışların keçirilməsi baxımından idmançıların məşq etməsi vacibdir. Amma təəssüf ki, zalların açılması ilə bağlı qərarı biz vermirik”.

Gimnastika üzrə Avropa çempionu Mixail Malkin idman zallarının bağlı olmasının onlar üçün ciddi problem olduğunu bildirib:

“Demək olar ki, bir çox ölkələrdə idman zalları fəaliyyət göstərir. Amma bizim ölkəmizdə hələ ki, bu haqda söhbət belə getmir. Məşq edə bilməməyimiz bizim üçün ciddi problem yaradır, yarışlara hazırlaşa bilmirik”.

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun boksçusu, Olimpiya Oyunlarının mükafatçısı Kamran Şahsuvarlı da digər idmançılar kimi zalların bağlı olmasından əziyyət çəkdiyini qeyd edib:

“Təbii ki, bir idmançının məşq etməsi üçün ona zall lazımdır. Biz yarışlara hazırlaşmalıyıq, amma məşq etməyə zal tapmırıq, hər yer bağlıdır. Sadəcə açıq havada icazə var, amma indiki havada çöldə məşq etmək olar? Təbii ki, yox. Ümid edirik ki, bununla bağlı hansısa tədbir görüləcək”.

Fitness təlimçisi Sadiq Abdullayev də zalların bağlı olması səbəbi ilə qarşılaşdığı problemləri saytımıza bildirib.

“Demək olar ki, bütün sahələrdə müəyyən güzəştlər tətbiq olunsa da, idman zallarının fəaliyyəti ilə bağlı heç bir güzəşt olmadı. Amma bizdə də müəyyən güzəştlər tətbiq edilə bilərdi. Məsələn, ara məsafəsini gözləməklə fəaliyyətimizə icazə verilə bilərdi. Sadəcə açıq havada icazə verilib ki, bu da ancaq həvəskar idmançılar üçündür. İllərini idmana sərf edən biri açıq havada necə peşəkar məşqlə məşğul ola bilər? Özü də söhbət yarışlara qatılmaqdan gedir. Yarışlara ciddi şəkildə hazırlaşmaq lazımdır.

Həmçinin, zalların bağlı olmasının digər bir sıxıntısı maddi məsələlərdir. Çünki biz pulumuzu idmandan qazanırıq və qazancımızı da özümüzə yatırım edirik. Amma aylardır heç nə edə bilmirik. Bu da təbii ki, müəyyən sıxıntı, əsəb yaradır. Bildiyiniz kimi əsab və stress də bədənə çox mənfi təsir edir”.

Qeyd edək ki, qardaş Türkiyədə karantin rejimi tətbiq olunsa da, idman zalları müəyyən şərtlər əsasında fəaliyyətini davam etdirir.

Böyük Britaniyada da yaxın zamanlarda idman zallarının açılacağı gözlənilir.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib