Azərbaycanlı boksçu ermənini dünya çempionatından kənarlaşdırdı
- 15-04-2021, 06:31
- İdman
Oxu.Az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin üzvü Əli Zamanov ilk döyüşünü keçirib.
52 kq çəki dərəcəsində mübarizə aparan yeniyetmələr arasında Avropa çempionumuz 1/16 final mərhələsi çərçivəsində ermənistanlı Ruben Qarboyanla üz-üzə gəlib.
Zamanov rəqibini 3:0 (28:28, 29:27, 29:27, 29:27, 28:28) hesabı ilə məğlub edib. O, 1/8 finalda ilk mərhələdən azad olan tailandlı Tanakon Aonyaemlə qarşılaşacaq. Bu görüş sabah baş tutacaq.
91 kq çəki dərəcəsində mübarizə aparan Əsəd Baxışov isə 1/16 final mərhələsi çərçivəsində rusiyalı Ramazan Dadayevlə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb.
Səbuhi Musayev