Bilbao AVRO-2020-dən imtina etdi
“Sortbox” portalının məlumatına görə, şəhər hakimiyyəti UEFA-nın pandemiyaya baxmayaraq, stadionlara tamaşaçıları buraxmaq tələbini yerinə yetirməkdən imtina etdiyini və futbol üzrə Avropa Çempionatı oyunlarını qəbul etməcəyini açıqlayıb.
Bilbao ilə yanaşı, Münhen və Dublin də azarkeşlərlə bağlı tələbi yerinə yetirə bilməyəcəklərini qeyd edib, lakin hələ ki, turnirdən imtina etməyib. UEFA-nın cümə günü keçiriləcək iclasında bu şəhərlərin AVRO-2020 matçlarını keçirmək hüququndan məhrum edilməsi gözlənilir.
Xatırladaq ki, futbol üzrə növbəti Avropa Çempionatı 12 şəhərdə, o cümlədən də Bakıda keçiriləcək. Azərbaycan AVRO matçlarında stadionun yarıyadək tamaşaçılarla dolması ilə bağlı UEFA-ya təminat verib.