La Liqa oyunları 1 dəqiqəlik sükutla başlayacaq

Oyunlarda “Arema” və “Persebaya” komandaları arasında İndoneziya çempionatının 11-ci tur matçından sonra vəfat edənlərin xatirəsi yad olunacaq.
Oyun “Persebaya”nın 3:2 hesablı qələbəsi ilə bitib. Matçdan sonra “Arema” azarkeşləri ilə polis arasında qarşıdurma baş verib. Nəticədə 174 nəfər vəfat edib.