azadses.az » İdman » Azərbaycan futbolunun tarixi gecəsi – ŞƏRH

Azərbaycan futbolunun tarixi gecəsi – ŞƏRH

Bu gün Azərbaycanın 3 komandası avrokuboklarda növbəti oyunlarını keçirəcəklər. Premyer Liqanın ötən mövsümünün mükafatçıları doğma azarkeşləri önündə imtahan verəcəklər. Bu, Azərbaycanın futbol tarixində bir ilkdir. Çünki indiyədək 3 komandamız eyni gündə Bakıda oyuna çıxmayıblar. Bunun səbəbi isə UEFA-nın məlum qərarıdır. Əslində isə “Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”a qarşı ilk matçını Türkiyədə keçirməli idi. Amma qitə futbol qurumu “Fənərbağça”nın da eyni gündə İstanbulda oynayacağını nəzərə aldı və nəticədə bu cür durum yarandı.

Son çempion “Qarabağ” UEFA Avropa Liqasının III təsnifat mərhəlisinin ilk oyununda HİK ilə münasibətləri aydınlaşdıracaq. Qitə turnesinə UEFA Çempionlar Liqasından başlayan Qurban Qurbanovun komandası bu turnirdə mübarizəni ötən həftə dayandırıb. İlk raundda Cəbəllütariq çempionu “Linkoln”u iki oyunun nəticəsinə (2:1, 4:0) görə üstələyən “köhlən atlar” “Rakuv” səddində ilişib. Polşada baş tutan ilk qarşılaşma rəqibin qələbəsiylə bitmişdi – 3:2. Bakı Olimpiya Stadionunda baş tutan cavab matçında isə bu məğlubiyyətin əvəzini çıxmaq mümkün olmamışdı. 1:1 hesabı Polşa təmsilçisinin qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirməsini şərtləndirmişdi.

Etiraf etmək lazımdır ki, yeni mövsüm ərəfəsində bir neçə aparıcı futbolçularını itirən “Qarabağ”, buna rəğmən, oyun planında heç də “Rakuv”dan geri qalmamışdı. Sadəcə, təhlükəli epizodların lazımi şəkildə dəyərləndirilməməsi, müdafiəçilərin və xüsusən qapıçı Şahruddin Məhəmmədəliyevin inamsız oyunu rəqibin xeyrinə işləmişdi.

İnanmaq istərdik ki, Qurban Qurbanovun komandası eyni səhvləri HİK ilə ilk görüşdə təkrarlamayacaq. Belə olarsa, futbolçuların potensialına və ustalıq səviyyəsinə görə rəqibini üstələyən “Qarabağ”ın bunu tabloda da əks etdirmək ehtimalı artacaq. Bu isə cavab matçı ərəfəsində çox vacib detaldır.

Ümumiyyətlə, Ağdam təmsilçisi Finlandiya klubunu mübarizədən kənarlaşdırmaqla, həmçinin, “Neftçi”nin qisasını almış olacaq. Xatırladaq ki, futbolumuzun flaqmanını iki il öncə UEFA Avropa Liqasının III təsnifat mərhələsində məhz HİK dayandırmışdı - 2:2, 0:3.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində isə iki Azərbaycan klubu meydana çıxacaq. Ötən çempionatın gümüş medalçısı olmuş “Sabah” “Bank Respublika Arena”da Serbiya təmsilçisi “Partizan”ı sınağa çəkəcək. Bürünc mükafatçı “Neftçi” isə doğma “Neftçi Arena”da İstanbul nəhəngi “Beşiktaş” qarşısında imtahan verəcək.

Əlbəttə, “Qarabağ” ilə müqayisədə, “Sabah” və “Neftçi”nin rəqibləri daha samballı və “ağır çəkilidir”. Amma bu, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində inamlı təsir bağışlamış təmsilçilərimizin asan təslim olacağı anlamına gəlməməlidir. Doğma meydan amili, güclü azarkeş dəstəyi hər iki komandamızın xeyrinə olan məqamlardır. Sadəcə, rəqiblərin adından çəkinməmək və hakimin final fitinə qədər meydanın hər qarışı uğrunda mübarizə aparmaq lazımdır.

Bir sözlə, bu gün Azərbaycan futbolunun tarixi gecəsidir. Futbolumuzun nəbzi Tofiq Bəhramov adına Respublika stadionunda, “Bank Respublika Arena”da və “Neftçi Arena”da vuracaq. Gözləyək və ümid edək ki, ilk addım uğurlu olacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib