Vaqif Cavadov: "Millimiz Estoniya yığmasına qalib gəlməlidir"
- 13-10-2023, 09:40
- İdman
"Estoniya yığmasına qalib gəlməliyik. Ümid edirəm ki, belə də olacaq".
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov komandanın səfərdə Estoniyaya qarşı keçirəcəyi AVRO-2024-ün seçmə oyunu barədə danışarkən deyib.
34 yaşlı keçmiş yarımmüdafiəçi millidən qələbə gözlədiyini söyləyib: "Rəqib də qalib gəlmək niyyətindədir. Onlar son vaxtlar yığmamızın nəticə baxımından yaxşı çıxış etmədiyini bilirlər. Ola bilər ki, hansısa matçda yaxşı oynamışıq, amma məğlub olmuşuq. Bu səbəbdən meydan sahibləri də 3 xalı hədəfləyəcəklər. Bu baxımdan qarşılaşmanın gərgin keçəcəyini düşünürəm. Milliyə uğurlar arzulayıram. İstəyin və hər bir futbolçunun maksimum dərəcədə qarşılaşmaya köklənməsi sayəsində qələbə qazana bilərik".
Qeyd edək ki, bu gün Tallindəki "A. Le Koq Arena"da baş tutacaq Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.