Azərbaycan Kubokunda son 11 mövsümün rekordu qeydə alınıb
- 20-11-2023, 14:30
- İdman
Azərbaycan Kubokunda son 11 mövsümün rekordu qeydə alınıb.
“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, buna I təsnifat mərhələsində “Kürmük Qax” üzərində 6:0 hesablı qələbə qazanan “Baku Sportinq” nail olub.
Elman Sultanovun baş məşqçisi olduğu II Liqa təmsilçisi kubokda ən böyükhesablı qələbə qazanan aşağı liqa komandası ünvanına yiyələnib.
Premyer Liqada çıxış etməyən klubların kubok görüşündə 6 və ya daha çox top fərqi ilə qalib gəlməsinə sonuncu dəfə 2012/2013 mövsümünün 1/16 finalında təsadüf olunub. “Baku Sportinq”dən 4042 gün əvvəl - 2012-ci il oktyabrın 24-də “Lokomotiv”lə (Biləcəri) qarşılaşan “Qaradağ Lökbatan” 7 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, Azərbaycan Kuboku tarixində 6 top fərqi 58-ci dəfə qeydə alınıb. Aşağı liqa komandaları isə buna 10-cu dəfə nail olublar.