Azərbaycanın həndbol millisi bu gün Litvanı qəbul edəcək
- 28-02-2024, 11:15
- İdman
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək.
"Report"un məlumatına görə, yığma Bakı İdman Sarayında Litvanı qəbul edəcək.
Qarşılaşma saat 17:00-da start götürəcək. Millimiz daha əvvəl Şimali Makedoniyaya (17:40), sonra isə İspaniyaya (18:38) uduzub.
5-ci qrupda İspaniya və Şimali Makedoniyanın hərəyə 4 xalı var. Litva və Azərbaycanın hesabında xal yoxdur.
Qeyd edək ki, yığmamız martın 3-də Litvanın qonağı olacaq.