Superkompüter İngiltərə Premyer Liqasının çempionunu təxmin edib
- Dünən, 11:19
- İdman
“Liverpul” futbol üzrə İngiltərə Premyer Liqasının cari mövsümünün qalibi olacaq.
“Report” xəbər verir ki, bu, Britaniyanın “Opta” analitika şirkətinin superkompüterinin hesablamaları nəticəsində məlum olub.
Proqnoza görə, “qırmızılar”ın İngiltərə çempionu olmaq ehtimalı 86 %-dir. “Opta” qeyd edib ki, Arne Slotun yetirmələrinin səfərdə “Tottenhem”i darmadağın etməsi (6:3) onların çempionluq şansını 4 % artırıb. Superkompüter ikinci favorit kimi turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Arsenal”ı görür. “Topçular”ın “Kristal Pelas”ı 5:1 hesabı ilə yenməsinə baxmayaraq, “Liverpul”un uğuru onların şansını 0,3 % azaldıb – 10,3 %. Londonun digər təmsilçisi “Çelsi”nin də, az da olsa, çempion olmaq şansı var. Lakin “zadəganlar”ın son turdakı xal itkisi bunu 5,5 %-dən 3,1 %-ə endirib.
Xosep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti”nin mövsümü birinci yerdə bitirmək ehtimalı isə getdikcə "suya düşür" – 0,6 %. “Şəhərlilər” XVII turda da məğlub olaraq uğursuzluq seriyasını davam etdirirlər.
Şirkət vurğulayıb ki, superkompüter mövsümü 10 000 dəfə modelləşdirir və hər komandanın titulu qazandığı bu simulyasiyaların payını hesablayır.