İngiltərə millisinin keçmiş üzvü A Seriyasının autsayderi ilə müqavilə imzalayıb
- Bu gün, 08:00
- İdman
İngiltərə millisinin və “Tottenhem” klubunun sabiq üzvü Dele Alli İtaliya A Seriyası təmsilçisi “Komo”ya keçib.
“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
28 yaşlı ingilis 2026-cı ilin yayınadək müqavilə imzalayıb.
D.Alli son olaraq 2024-cü ilin yayında “Everton”dan ayrılıb. O, klub karyerasında həmçinin İngiltərənin “Milton Keyns Dons” və Türkiyənin “Beşiktaş” klublarında çıxış edib. Alli 2015-2022-ci illərdə “Tottenhem”in heyətində oynayıb.
28 yaşlı yarımmüdafiəçi İngiltərə yığmasının heyətində 2015-ci ildə debüt edib. Ümumilikdə millidə 37 oyun keçirib və üç qol vurub.