Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIX turun oyunları keçiriləcək
- 9-04-2025, 11:19
- İdman
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XIX turun oyunları keçiriləcək.
"Report" xəbər verir ki, UNEC - "Gəncə" matçı qarşılıqlı razılığa əsasən Gəncə İdman Sarayında keçiriləcək.
Görüş saat 14:00-da başlayacaq. Saat 16:00-da "Azərreyl" "Abşeron"la, 18:00-da isə "Murov Az Terminal" “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gələcək. Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, "Abşeron" hazırda 46 xalla turnir cədvəlinə başılıq edir. "Milli Aviasiya Akademiyası" (39 xal) ikinci, "Azərreyl" (32 xal) isə üçüncü yerdədir. "Gəncə" (24 xal) dördüncü, "Murov Az Terminal" (21) beşincidir. Sonuncu - altıncı pillədə olan UNEC-in xalı yoxdur.