azadses.az » İdman » Məşhur azərbaycanlı futbolçunun qatil atasına hökm oxundu

Məşhur azərbaycanlı futbolçunun qatil atasına hökm oxundu

                                            Arvadını öldürdükdən sonra özünü vurmaq istəyib
Tanınmış futbolçu Nurlan Novruzovun atası, arvadını və özünü güllələyən Zahid Novruzov 17 il müddətinə azadlıqdan məhrum edilib.
İstiPress-in məlumatına görə, hadisə bu ilin iyununda baş verib. 61 yaşlı keçmiş məhkum Z.Novruzov Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən yaşayış binasının arxasında həyat yoldaşı, 55 yaşlı Təranə Novruzovanı qısqanclıq zəminində ov tüfəngi ilə güllələyərək öldürüb.
Daha sonra özünü başından vuraraq öldürmək istəyərkən silah əlindən çıxıb və güllə onun boğazından dəyib. Yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib, həkimlər Z.Novruzovun həyatını xilas edə biliblər.
Professional futbolla məşğul olan Nurlan Novruzov Azərbaycanda "Səbail", "Bakı" klublarının şərəfini qoruyub. Həmçinin Türkiyə klublarında da forma geyinib. Hazırda isə Moldovanın "Dinamo-Avto" klubunda karyerasını davam etdirir.
N.Novruzov məhkəmədə ifadə verərkən uşaq vaxtından ailədə şiddət gördüyünü deyib. O bildirib ki, atası içki içib, ailədə dava salıb, anasını, qardaşını və onu dəfələrlə döyüb.
"Ən çox əziyyəti qardaşım və anam görüb. Həmişə anamı döyəndə deyirdi ki, səni öldürəcəm. Biz o qədər "öldürəcəm" sözünü eşitmişdik ki, adi gəlirdi. Heç vaxt ağlımıza gəlməzdi ki, belə bir hadisə baş verəcək. Mənim anam bir mələk idi. Ümid edirəm ki, yaxın zamanlarda edam cəzası bərpa ediləcək. Bu insanlar yenidən cəmiyyət içinə çıxmamalıdır".
Z.Novruzov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, hadisənin ehtiyatsızlıqdan baş verdiyini, arvadını öldürmək niyyəti olmadığını deyib: “Həyat yoldaşım namuslu, dindar qadın idi. İistintaqda ondan şübhələndiyimi, qısqanclığa görə öldürdüyümü deməmişəm. Müstəntiq bunları özü yazıb". Təqsirləndirilən şəxs arvadını vurduqdan sonra özünü güllələməsini belə izah edib: "Təranəni qanlar içində görəndə qorxdum. Buna görə də özümü öldürmək istədim".

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  2. Salyanda yay şumu qaldırılır
  3. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  5. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  6. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  7. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  8. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  9. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  10. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu