“Azərlotereya”nın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalandı - FOTO
- 27-02-2021, 20:00
- İqtisadiyyat

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında məlumat verib.
O bildirib ki, yeni əməkdaşlıq platforması Azərbaycanda oyun sənayesinin inkişafına, yeni investisiyanın cəlb edilməsinə və büdcə gəlirlərinin artmasına əlavə imkan yaradacaq.