azadses.az » İqtisadiyyat » Yenilənən “Baku Steel Company” regionda bənzəri olmayan layihə həyata keçirir

Yenilənən “Baku Steel Company” regionda bənzəri olmayan layihə həyata keçirir

“Baku Steel Company”də istehsalatın müasirləşməsinə, məhsulların keyfiyyətinin daha da yüksəldilməsinə, avandanlıqların yenilənməsinə diqqət artırılıb. Əsas fəaliyyət profili poladəritmə olan şirkətdə hazırda iki fasiləsiz pəstahtökmə maşını (FPTM) mövcuddur. Lakin Azərbaycan iqtisadiyyatına daha böyük töhfələr verməyi hədəfləyən BSC üçüncü, daha müasir, yeni nəsil FPTM və vakuumator qurğusu quraşdırmağa başlayıb. Regionda ilk dəfə olaraq istifadəyə veriləcək yeni istehsal xətti indiki ilə müqayisədə daha qısa müddətə, daha az itki ilə, daha çox və yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verəcək.

Türkiyənin tanınmış “Demora” şirkətinin istehsalı olan 10,25 metr radiuslu yeni FPTM-nın yaxın günlərdə işə salınması planlaşdırılır. Bu istehsal xəttinin köməyi ilə poladın markasından asılı olaraq həm standart ölçüdə, həm də sifarişçinin tələbinə uyğun uzunluqlarda kvadrat və dairəvi pəstahlar tökmək mümkün olacaq. Yeni istehsal xəttindən (ø130 ÷ 250 mm-lik) dairəvi pəstahları qapalı şırnaqla və elektromaqnitli qarışdırıcı ilə tökmək üçün istifadə ediləcəkdir.

Vakuumator qurğusundan istifadə edərək poladın tərkibini qeyri-metallik birləşmələrdən təmizləməklə, maşınqayırmada, hərbi-müdafiə sənayesində, aviasiyada və s. sahələrdə istifadə olunan daha yüksək keyfiyyətli poladların istehsalı mümkün olacaqdır. Bu legirli poladların hamısı əsasən xaricə ixrac olunacaqdır. Yeni maşın xüsusən neftçıxarma sənayesində istifadə edilən daha yüksək sıxlığa malik boru pəstahların da tökülməsinə, bu isə öz növbəsində yüksək dərinlik təzyiqinə davamlı boruların istehsalına imkan verəcək.

Bu günlərdə isə BSC-da korroziyaya davamlı poladlar sinfinə aid olan “13ХМФА” markalı ilk təcrübi ərintinin tökülməsi həyata keçirilib. Bu ərintinin bütün kimyəvi və metalloqrafik analizləri müvafiq standartların tələblərinə uyğundur. Bu pəstahlardan Rusiyanın neft- qaz istehsalçı şirkətlərinin sifarişi ilə korroziyaya davamlı borular istehsal etmək üçün istifadə olunacaqdır.

Qeyd edək ki, 2001-ci ildə fəaliyyətə başlayan “Baku Steel Company” MMC cənubi Qafqazın ən böyük özəl metallurgiya şirkətidir. BSC hazırda bir ədəd 60 tonluq və bir ədəd 30 tonluq elektrik qövs sobasından ibarət 2 əritmə sexinə, 3 çeşidli yayma xəttinə, bir ədəd tikişsiz boru istehsal edən yayma xəttinə, bir ədəd spiralvari tikişli boru istehsal edən yayma xəttinə, bir ədəd fasonlu tökmə istehsal edən mini zavoda və bir oksigen zavoduna sahibdir.

“Baku Steel Company” yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, kvadrat və dairəvi çubuqlar, tikişsiz və spiralvari tikişli borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Burada həmçinin şveller, künclüklər, ikitavrlar da buraxmaq mümkündür. BSC-nin İSO 9001:2015 də daxil olmaqla bir çox uyğunluq sertifikatlarına cavab verən məhsulları ölkə daxilində yüksək tələbatla satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan, Türkiyə və s. ölkələrə də ixrac olunur.

Ümumiyyətlə, 2021-ci ilin fevralında “Baku Steel Company”nin rəhbərliyində baş verən dəyişiklikdən sonra şirkət qısa müddətdə fəaliyyətində ciddi dönüş yaratmağa və kəskin şəkildə uğurlar qazanmağa nail olub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  2. Salyanda yay şumu qaldırılır
  3. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  5. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  6. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  7. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  8. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  9. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  10. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu