azadses.az » İqtisadiyyat » Rusiyadan Azərbaycanın əmlak bazarına kütləvi axın ola bilərmi? - AÇIQLAMA

Rusiyadan Azərbaycanın əmlak bazarına kütləvi axın ola bilərmi? - AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi qonşu ölkənin vətəndaşlarının digər ölkələrin daşınmaz əmlak bazarına marağını artırıb.

“Azadsəs.az”ın məlumatına görə, Rusiya vətəndaşları bacardıqca əllərindəki kapitalı ölkədən çıxarmağa, Türkiyə və BƏƏ-nin mənzil bazarına yatırmağa çalışır.

Bu isə həmin ölkələrin əmlak bazarında aktivliyi artırmaqla qiymətlərə təsirsiz ötüşmür. Bəs Rusiyanın qonşusu olan Azərbaycanda eyni proses baş verə bilərmi? Ümumiyyətlə, ölkəmizin əmlak bazarı investisiyalar üçün nə dərəcədə cəlbedicidir?

Bu sualları əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev cavablandırıb.

Ekspert deyir ki, hələ ki, bu müharibənin Azərbaycanda mənzillərin, həyət evlərinin, torpaq sahələrinin, kommersiya obyektlərinin qiymətlərinə təsiri hiss olunmur:

“Rusiya vətəndaşlarının Azərbaycandan kütləvi şəkildə əmlak alması müşahidə edilmir. Əksinə, Rusiyada yaşayan imkanlı azərbaycanlılar var ki, qonşu ölkənin iqtisadiyyatının çökdüyü bir vəziyyətdə bizneslərini qorumaq üçün Azərbaycandakı əmlaklarını real dəyərindən aşağı qiymətə satışa çıxarıb. Amma, bu da əmlak bazarına elə bir təsir göstərməyib”.

Onun sözlərinə görə, əslində Rusiya vətəndaşları investisiya qoyuluşu üçün digər ölkələrdən əvvəl Azərbaycana üz tutmalı idi:

“Çünki, burada onlarla bağlı bir problem yoxdur, demək olar hər kəs rus dilini bilir. Azərbaycanda rus dilində tədris olan orta və ali məktəblər var. Amma Rusiya vətəndaşları Türkiyəyə üz tuturlar. Çünki orada əmlak bazarı xeyli inkişaf edib. Türklər nəinki öz ölkələrində, bütün dünyada əmlaklarını reklam edir və müştəri qazanırlar. Əvvəllər xarici vətəndaş Türkiyədə əmlak alanda dövlət o şəxsi xeyli araşdırırdı. Sonradan Türkiyədə qaydalar dəyişdirildi. Artıq istənilən xarici vətəndaş rahat Türkiyədə əmlak ala bilir, xüsusilə turistik zonalara pul qoyurlar. Çünki həmin evləri kirayə vermək olur. Bundan başqa, Türkiyədə əmlak alan şəxs oranın vətəndaşı olmasa belə, bu ölkədə istədiyi qədər yaşaya bilir. Son nəticədə təxminən bir həftə bundan əvvələ qədər 200 mindən artıq Rusiya vətəndaşı yaşamaq üçün Türkiyəyə müraciət edib”.

Elnur Fərzəliyevin fikrincə, vəziyyəti dəyişmək üçün Azərbaycanın əmlak bazarına yatırım etmək istəyənlərin qarşısında bütün əngəllər qaldırılmalıdır:

“Bizim qanunvericiliyinə görə, xarici vətəndaşın ölkədə yaşamaq icazəsi alması üçün yerli banklardan birində azı 100 min manat pulu olmalı və yaxud burada aldığı evin qiyməti azı 100 min manat olmalıdır. Üstəlik, xarici vətəndaşlar üçün alqı-satqının dövlət rüsumu ölkə vətəndaşlarından 3 dəfə çoxdur. Bundan başqa, xarici vətəndaşlar müqavilə ilə mənzil ala bilməzlər. Bunun üçün onlar Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşama icazəsi almalıdırlar. Qanunla xarici vətəndaş Azərbaycandan torpaq sahəsi də ala bilməz, yalnız öz adına şirkət açıb torpağı həmin şirkətin adına ala bilər. Xarici vətəndaş həyət evi alanda da evi öz adına keçirə bilir, amma həyəti yox. Bu əngəllər aradan qaldırılmalıdır”.

“Xarici vətəndaşları ölkəmizə cəlb edə bilərik. Amma təkcə Bakıya yox. Gəncə, Qəbələ, Quba, Mingəçevir və digər bölgələrimizdə də xarici vətəndaşların ev alması üçün şərait qurmalıyıq. Türkiyədəki binaların hər cür şəraiti var. Bizdə isə əksər binaların heç parklama yeri yoxdur. Bizim əlimizə xarici vətəndaşları buranın daşınmaz əmlak bazarına cəlb etmək üçün iki dəfə fürsət düşüb. 2017-2019-cu illərdə ərəblər Azərbaycana gələndə bu fürsətdən yararlana bilmədik, bir də indi fürsət yaranıb, amma hələ ki, yararlana bilmirik”, - deyə ekspert fikrini tamamlayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?