azadses.az » İqtisadiyyat » Bahalıq olsa da, boş hotel tapmaq çətindir - Azərbaycanda, yoxsa xaricdə dincələk?

Bahalıq olsa da, boş hotel tapmaq çətindir - Azərbaycanda, yoxsa xaricdə dincələk?

Hər il yay fəsli - turizm mövsümü gələndə ölkə vətəndaşları istirahətlə bağlı seçim etməli olurlar:

Azərbaycanda, yoxsa xaricdə dincələk?

Təbii ki, həm ölkə daxilində, həm də ölkə xaricində gəzməli-görməli yerlər çoxdur. Bununla belə, əksər insanlar üçün yerlər arasında seçim etmək maddi imkanlara bağlıdır. Yəni az büdcə ilə istirahət etmək istəyənlər Azərbaycanda, çox büdcə ilə istirahət etmək istəyənlər isə Azərbaycandan kənarda dincəlməyə üstünlük verirlər. Baxmayaraq ki, bəzən ölkə daxilindəki hotellərin qiymətləri ölkə xaricindəki hotellərin qiymətlərini üstələyir. Sadəcə, aviabiletlərə çəkilən xərc hesabına xarici turizm daxili turizmdən baha başa gəlir.

“Report” mövzunu turizm sahəsi üzrə mütəxəssislərlə müzakirə edib.

Ölkədəki turizm şirkətlərindən birinin rəhbəri Əziz Şiriyev deyir ki, adətən, azərbaycanlılar yayda Türkiyənin Antalya bölgəsində istirahət etməyə çalışırlar və Azərbaycanla kəskin qiymət fərqi ilk növbəti buradan yaranır:

“Antalyada qiymətlər, aviabilet nəzərə alınmadan belə, olduqca yüksəkdir. Hətta müharibə şəraitində olan Rusiya və Ukraynadan da Antalyaya dincəlməyə gedənlər çoxdur. Amma mən Türkiyəyə istirahətə getmək istəyən şəxslərə Antalya kimi çimərliyi olan yerlərə deyil, İstanbul kimi mərkəz şəhərlərə getməyi məsləhət görərdim. Doğrudur, oradakı hotellərdə yalnız səhər yeməyi verilir. Amma onsuz da oraya istirahətə gedən şəxsin məqsədi hoteldə qalmaq yox, gəzmək olur. Antalya kimi istirahət mərkəzlərinə qış aylarında, 30-50%-ə qədər endirim tətbiq olunan vaxtlarda göndəriş almağı məsləhət görürəm”.



Ə.Şiriyev yerli hotellərdə də qiymətlərin yüksək olduğunu təsdiqləsə də, əlavə edir ki, bahalıq olsa da, turistik məkanların heç birində boş hotelə rast gəlmək mümkün deyil.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi isə hesab edir ki, dörd-beş ulduzlu, xüsusilə şəbəkə hotellərində dincəlmək istəyənlər üçün ölkənin heç bir əhəmiyyəti yoxdur. Çünki həmin hotellərin qiymətləri ölkələr üzrə bir o qədər də fərqlənmir.

“Digər hotellər isə turizm bazarında yaranan tələblər əsasında təkliflərini edirlər. Yerləşmə vasitələrində qiymətlərin baha olması haqqında çoxlu sayda fikirlər söyləyirlər. Mən də qismən bu fikirlərlə razılaşıram. Düşünürəm ki, kiçik və orta biznes subyektləri olan yerləşmə vasitələrinin inkişafına və sayının artırılmasına xüsusi diqqət yetirilməlidir. Bu seqmentə kiçik hotellər, butiklər, qonaq evləri, rezidensiyalar, apartamentlər, hostellər, kənd evləri, çadır şəhərcikləri və s. aid edilir. Belə müəssisələrin təklifləri artdıqca, turizm bazarında sağlam rəqabət yaranacaq, qiymətlər düşəcək. Bununla da, biz turizm və qonaqpərvərlik xidmətlərinin əlçatanlığını artıra və sənayenin daha da davamlı inkişafını təmin edə bilərik. Bunları təmin etmək üçün turizmin dövlət tənzimlənməsi prosesləri ən vacib rol oynayır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib