azadses.az » İqtisadiyyat » Banklar niyə rubl satmır? - ŞƏRH + FOTO

Banklar niyə rubl satmır? - ŞƏRH + FOTO

Azərbaycan banklarının bəzilərində rubl satışı dayandırılıb. Əvvəlki dövrlərə nisbətən bu daha çox hiss olunur. Rubl satışının zəifləməsini davam edən Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər.

Hazırda Rusiya Federasiyasında banklarda nağd dolların tükəndiyi, ona görə də valyutanı yalnız qara bazarda və rəsmi qiymətdən daha yüksək məzənnə ilə almağın mümkün olduğu bildirilir.



Bəs görəsən, Azərbaycan bankları rubl satışını niyə dayandırıb? Rusiya ilə aramızda pulköçürmələrdə hansı valyutadan istifadə olunur?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, ölkədə rublun bəzi banklarda satışının olmaması bankların daxili məsələsidir:

“Bununla bağlı dövlət tərəfindən heç bir məhdudiyyət qoyulmayıb. Rusiya ilə Azərbaycan arasında rubl transferi azalıb. Çünki digər valyutalardan daha çox köçürmələr həyata keçirilir. Hər bank tranzaksiyaları həyata keçirə bilmir. Bəzi hallarda bizim sahibkarlar da öz vəsaitlərini oradan geri almaqda və pul köçürmələrində çətinlik çəkirlər. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi Rusiya ilə Azərbaycan arasında köçürmələrə mənfi təsir göstərir”.

Ekspert qeyd edib ki, rublun satışı bu gün banklara sərf etmir:

“Rublun satışı rentabelli deyil. Banklar kommersiya strukturu olduğu üçün bu alış-veriş getmir. Hüquqi şəxslərlə bağlı köçürmələrdə heç bir problem yoxdur. Rusiyadan Azərbaycana köçürmə rublladırsa, bunu vətəndaşa təqdim edə bilirlər. Dollarladırsa, onu vətəndaşa təqdim edə bilmirlər. Bu gün bütün pulköçürmə kanalları ayrıldığı üçün banklar xeyli çətinliklər yaşayır. Rublla əməliyyat etmək imkanları məhdudlaşır”.

E.Kərimli əlavə edib ki, hazırda ölkəmizə Rusiyadan transferlərdə azalma müşahidə olunur:

“Rusiyanın iqtisadi vəziyyəti gərginləşdiyindən orada fəaliyyət göstərən bizim həmvətənlərimizin maliyyə vəziyyətinə mənfi göstərir. Bəzi banklar var ki, köçürmələri həyata keçirə bilirlər. Rusiyanın Azərbaycanda fəaliyyət göstərən bankları və bizim Rusiyada olan bankların filialları vasitəsilə köçürmələri həyata keçirmək olur”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  2. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  3. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  4. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  5. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  6. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  7. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  8. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  9. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
  10. NİİM: Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar