Azərbaycan nefti ucuzlaşıb
- 23-02-2023, 13:17
- İqtisadiyyat
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,94 ABŞ dolları və ya 2,3% azalaraq, 82,4 dollar olub.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.