azadses.az » İqtisadiyyat » EWRC: Apreldə Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 51 %-ni ödəyəcək

EWRC: Apreldə Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 51 %-ni ödəyəcək

Bolqarıstanın kommunal xidmətlər üzrə tənzimləyici orqanı aprel ayı üçün qazın qiymətində 2 %-lik artımı təsdiqləyib.

“Report” Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, yeni qiymət nəqliyyat xərcləri, aksiz rüsumları və əlavə dəyər vergisi istisna olmaqla bir MVt/saat üçün 58,84 lev səviyyəsində müəyyənləşdirilib.

Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyası (EWRC) 3 aylıq qiymət azalmalarından sonra baş verən artımın səbəbini açıqlamasa da, beynəlxalq qaz bazarlarında qiymət meyllərini nəzərə aldığını bildirib.

Bildirilir ki, apreldə Azərbaycan qazının ölkədə daxili istehlakın 51,1 %-ni təşkil edəcəyi proqnozlaşdırılır.

İstehlakın qalan hissəsi mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü müqaviləsi ilə dövlətə məxsus qaz şirkəti “Bulgargaz” və ölkənin Çirəndəki anbarından çəkilən qaz vasitəsilə təmin edilir.

Xatırladaq ki, Azərbaycan qazının bu ölkəyə tədarükünə Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə 2022-ci ilin oktyabrın 1-dən başlanılıb. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” qaz-kondensat yatağından ildə 1 milyard kubmetr təbii qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 km, illik ötürmə qabiliyyəti 3-5 milyard kubmetr həcmində olan IGB-nin 150 km-lik hissəsi Bolqarıstan ərazisinə düşür.

IGB layihəsi 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi (50 %) və Yunanıstanın “IGI Poseidon” (50 %) şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib