Saatlıda avtomobildən 22 min manatıq oğurluq olub

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-nə keçən gecə şəhər ərazisində QAZ-29 markalı avtomobildən 21 330 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.
Keçirilən əməliyyatla şəhər sakini, əvvəllər məhkum olunmuş C.Allahverdiyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.