azadses.az » Kriminal » Müdafiə Nazirliyində KORRUPSİYA ƏMƏLLƏRİ: “Şlyapa” getdi, sırada kim var? - Polkovnik adları AÇIQLADI

Müdafiə Nazirliyində KORRUPSİYA ƏMƏLLƏRİ: “Şlyapa” getdi, sırada kim var? - Polkovnik adları AÇIQLADI

“Orduda rüvşət hallarının artması barədə çox sayda informasiyalar oxuyuruq. Dövlət qurumları bununla bağlı hərəkətə keçməlidir. Haqsızlıqlara dözməyən hərbçilər xidmət etmək istəmirlər. Unutmamalıyıq ki, ölkənin əsas dayağı ordudur”.

Bunu Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin həbs edilməsini və ordudakı neqativ halların artmasını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıkov ətrafında həlqənin daralması anlamına gəlir:

“Zahid Niftəliyev “şlyapa” ləqəbi ilə tanınan bir şəxsdir. O, Nəcməddin Sadıkovun ən yaxın adamlarından biri idi. Nəcməddin Sadıkov vəzifədə olduğu dövrdə “şlyapa” Zahid təyinatlar, əsgərlərin bölünməsi, zabitlərə rütbə verilməsi məsələləri ilə məşğul olurdu və pul qazanırdı. Onun yüksək vəzifəyə təyinatlar etdirməsi ilə bağlı da məlumatlar var. Onun barəsində cinayət işi açılmışdı. Sadəcə olaraq istintaqdan yayınırdı. Sonunda onu hüquq mühafizə orqanları saxladı. Sabiq vergilər naziri Fazil Məmmədov, Nəcməddin Sadıkov və Zahid Niftəliyevin birgə Ukraynada tütün fabriki var idi. Fabrikin 13 faizi Zahid Niftəliyevin idi. Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıkova böyük bir zərbədir. Ancaq onu bilmək lazımdır ki, Nəcməddin Sadıkovun ətrafı təkcə bununla bitmir.

Nəcməddin Sadıkovun əsas adamlarından biri də Elxan Məcidov idi. O, zamanında Maddi Texniki Təminat İdarəsində rəis idi. Sonra onu Mərkəzi Ordu İdman İdarəsinə rəis təyin edilib. Elxan Məcidov orada da öz əməllərindən əl çəkməyib. İdmançı olmayan əsgərlərə idmançı arayışı düzəldərək Mərkəzi Ordu İdman Klubuna cəlb edib onları ordudan yayındırırdı. Aldığım məlumata görə, Elxan Məcidov Nəcməddin Sadıkovun göstərişi ilə döyüşlər gedə-gedə böyük pullar alaraq bəzi əsgərləri MOİK-ə cəlb edib. Hazırda o ordu sıralarından tərxis olunub. Hesab edirəm ki, onun da istintaqa cəlb olunması vacibdir.

Nəcməddin Sadıkovun bacısı oğlu Ramin Əsgərov bir gün belə cəbhə bölgəsində xidmət etməyib. O, dayısının hesabına yüksək post tutub və zabitləri şərləyib, bundan qazanc mənbəyi kimi istifadə edib. Aldığım məlumata görə, xaricdə yayımlanan internet kanallarına “Tərtər işi” ilə bağlı informasiyaları Ramin Əsgərov ötürüb. Düşünürəm ki, Ramin Əsgərov məsuliyyətə cəlb edilməklə yanaşı, həm də onun general-mayor rütbəsi də əlindən alınmalıdır.

Nəcməddin Sadıkovun yaxın adamlarından biri də keçmiş İşlər İdarəsnin rəisi İlqar Məmmədovdur. İlqar Məmmədov həmin idarəni korrupsiya yuvasına döndərmişdi. Müdafiə Nazirliyinin ərazisi yaşıldır. Ora hazırkı nazir Zakir Həsənovdan da əvvəl yaşıllaşdırılmışdı. Ancaq İlqar Məmmədov hər il yaşıllaşdırma adı altında pulları mənimsəyib. İlqar Məmmədov həm də Xidməti Evlər Komissiyasının sədri olub. Yüksək rütbəli zabitlər evsiz olduğu halda, İlqar Məmmədov Nəcməddin Sadıkovun və digər şəxslərin göstərişi ilə 2-3 ay xidmətdə olmuş MAXE-ləri evlə təmin edib. Nəinki kənar şəxslər, öz ailəsi və qohumlarını da xidməti evlərlə təmin edib.

Bütün bunlara baxmayaraq, Müdafiə Nazirliyinin rəhbərliyi bu işdən kənarda qalmamalıdır, onlar da faktları üzə çıxartmalıdırlar.

Qarabağda modul tipli hərbi hissələr inşa edilir. Hüquq mühafizə orqanları həmin obyektləri yoxlamalıdır. Aldığım məlumata görə, həmin kazarmalar dəyərindən qat-qat artıq məbləğdə göstərilir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Azərbaycanda tortdan kütləvi zəhərlənmə olub
  2. Xəzər dənizində nərə balıqları üçün TƏHLÜKƏ
  3. Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub
  4. Gəncədə 6 nəfər tortdan zəhərlənib
  5. Hövsan qəsəbəsində işıq olmayacaq
  6. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  7. Balakəndə qadın hamamda ölü tapılıb
  8. FHN çimərlik mövsümü ilə əlaqədar matros-xilasedici vəzifəsinə müsabiqə elan edir
  9. Bakının iki rayonunda qaz olmayacaq
  10. Goranboyun Qazanbulaq qəsəbəsi qazsız qalıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Moskvada Rusiya Səhiyyə Nazirliyinin "Rusiya Milli Tibbi Tədqiqat Radioloji Mərkəzi" Federal Dövlət Büdcə Ətraflı
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Miçiqan Universitetinin amerikalı alimləri qrunt sularının təmizlənməsində əsas rol oynayan dərin torpaq qatlarında (20 metrə Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar