azadses.az » Kriminal » Həbsdə saxlanılan azərbaycanlı qazinin vəkili: “Hakimlərdən biri qol çəkib, ikisi qalıb”

Həbsdə saxlanılan azərbaycanlı qazinin vəkili: “Hakimlərdən biri qol çəkib, ikisi qalıb”

“Bu gün Obuxov məhkəməsi baş tutmadı. Misir Qasımlı və Sübhan Quliyev məhkəməyə gətirilmədilər”.

Bunu Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı Misir Qasımlının vəkili Aygül Rəfiyeva Oxu.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Ukrayna səfirliyinin qarşısında aksiya keçirilib:

“Azərbaycan Vətənpərvərlər Partiyası və Varis Şəhid Ailələri və Qazilərə Qayğı İctimai Birlikləri tərəfindən aksiya təşkil olundu. Bu, üçüncü belə aksiyadır. Bəyanat hazırlanmışdı. Aksiyanın sonunda Ukrayna səfirliyinin nümayəndələrinə bəyanat təqdim olunmalı idi. Lakin Ukrayna səfirliyinin nümayəndəsi qarşılarında şərt qoydu ki, “mən o halda çıxıb sənədi götürə bilərəm ki, media işçiləri olmasınlar”. Bu şərt qəbul olunmadı. Bəyanatdan imtina olundu”.

A.Rəfiyeva qeyd edib ki, işə baxılması süni şəkildə uzadılıb:

“18 may tarixli həbsin uzadılması haqqında qərar 27 sentyabr tarixində Kiyev Apellyasiya Məhkəməsi tərəfindən qanunsuz hesab olunub. Lakin Misir və Sübhan həbsdən azad olunmayıblar. Bununla bağlı qərarın dərhal hazırlanmasına baxmayaraq, bizə demişdilər ki, oktyabrın 3-ü səhər saat 10:00-da qərar hazır olacaq. Bu gün səhər saat 09:00-dan Misirin Ukraynadakı vəkili Kiyev Apellyasiya Məhkəməsinə getmişdi. Apellyasiya Məhkəməsi qərarın verilməsini uzatdı. Səbəb də o gətirildi ki, hakimlərdən biri qol çəkib, ikisi qalıb. Məhkəmə iclası ləğv olundu”.

Vəkil vaxtın qəsdən uzadıldığını əlavə edib:

“Misirin məhkəmədə iştirakı təmin olunmadı. Bu gün Obuxov məhkəməsi baş tutmadı. Onların qanunsuz saxlanılması ilə bağlı qərarı məhkəmə saat 14:00-da təqdim etdi. Qəsdən vaxt uzadıldı. Prosesi pozdular”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub
  2. Gəncədə 6 nəfər tortdan zəhərlənib
  3. Hövsan qəsəbəsində işıq olmayacaq
  4. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  5. Balakəndə qadın hamamda ölü tapılıb
  6. FHN çimərlik mövsümü ilə əlaqədar matros-xilasedici vəzifəsinə müsabiqə elan edir
  7. Bakının iki rayonunda qaz olmayacaq
  8. Goranboyun Qazanbulaq qəsəbəsi qazsız qalıb
  9. Gəncədə bir ailənin üç üzvü qidadan zəhərləndi
  10. Gəncədə 23 yaşlı gəncin boğazı kəsilib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Moskvada Rusiya Səhiyyə Nazirliyinin "Rusiya Milli Tibbi Tədqiqat Radioloji Mərkəzi" Federal Dövlət Büdcə Ətraflı
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Miçiqan Universitetinin amerikalı alimləri qrunt sularının təmizlənməsində əsas rol oynayan dərin torpaq qatlarında (20 metrə Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar