azadses.az » Kriminal » Maşınını oğurladığı şəxsin yolda qaldığını görüb evinə düşürdü

Maşınını oğurladığı şəxsin yolda qaldığını görüb evinə düşürdü

Bakıda taksi sürücüsünə qarşı bıçaqla hücum edib onun pulunu və avtomobilini əlindən alan şəxsin məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Cəlal Quliyev (soyad şərtidir) 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə cari ilin iyulunda baş verib.

Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, o, qısa müddət Rusiyada işlədikdən sonra Bakıya qayıdıb. Bir neçə gün rayonda və Bakıda müxtəlif otellərdə qaldıqdan sonra üzərində pulu qurtardığından, özünə bilet alıb yenidən Rusiyaya getmək qərarına gəlib. Cəlal pulu olmadığı üçün sözügedən cinayət əməlini törədib.

Belə ki, Cəlal iyulun 6-da gecə 03:15 radələrində metronun “Koroğlu” stansiyası yaxınlığında taksi kimi dayanmış “Toyota Prius” markalı avtomobilə yaxınlaşıb və sürücü Həsəndən onu Montin qəsəbəsinə aparmağı xahiş edib.

Qeyd edilən ünvana gələn zaman Cəlal cibindən çıxardığı bıçaqla Həsəni hədələyib və üzərindəki pulları tələb edib. Həsənin üzərində 30 manat, maşının saxlanc yerində isə 370 manat olub. Cəlal həmin 370 manatı və maşının Həsənin əlindən alıb.

Maraqlıdır ki, sükan arxasına keçən Cəlal Həsənin yolda qaldığını gördükdən sonra, onun harada yaşadığını soruşub. Həsən “Nizami Mall” ticarət mərkəzinin yaxınlığında qaldığını bildirdikdə, Cəlal ona maşına minməyini və yaşadığı ünvana aparıb düşürəcəyimi söyləyib. Qeyd edilən ünvanda Həsəni düşürdükdən sonra o, həmin avtomobillə Masallı rayonu istiqamətində gedib.

Ələt yolunda səhvən Hacıqabul istiqamətinə tərəf getdiyi üçün yenidən geriyə qayıdan zaman maşını surətlə idarə etdiyindən, onu yolda yol-patrul xidmətinin əməkdaşları saxlayıb və ondan maşının sənədlərini istəyiblər. Cəlal isə maşının oğurluq olduğunu bildirdiyi üçün polis əməkdaşları onu Hacıqabul RPŞ-nə aparıb, sonradan isə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarına təhvil veriblər. Şöbədə o, könüllü olaraq etdiyi əməli etiraf edib.

Qeyd edək ki, 18 yaşlı Cəlalın atası təxminən 8 il bundan qabaq quldurluq cinayətinə görə tutulub və 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib