azadses.az » Kriminal » Gözəllik salonundan 12 kiloqrama yaxın narkotik və saxta ABŞ dollarları aşkarlanıb - FOTO

Gözəllik salonundan 12 kiloqrama yaxın narkotik və saxta ABŞ dollarları aşkarlanıb - FOTO

Gözəllik salonundan 12 kiloqrama yaxın narkotik və saxta ABŞ dollarları aşkarlanıb - FOTO
Lənkəranda gözəllik salonundan 12 kiloqrama yaxın narkotik və saxta ABŞ dollarları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.

Əldə edilən əməliyyat məlumatları əsasında şübhəli şəxs qismində Lənkəran rayon sakinləri İsmayıl Hüseynli və tanışı İlahə Məmmədova saxlanılarkən onlardan ümumilikdə 12 kiloqrama yaxın narkotik vasitə - 9 kiloqram 224 qram heroin, 2 kiloqram 330 qram metamfetamin və 23 ədəd saxta 100 ABŞ dolları əsginasları aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-də aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni və saxta əsginasları şəxsiyyəti istintaqla araşdırılan Əfşin adlı İran vətəndaşından satışını təşkil etmək məqsədi ilə əldə ediblər. Daha sonra İ.Məmmədova həmin narkotik vasitə və saxta əsginasları özünün işlətdiyi, Lənkəran şəhəri ərazisində yerləşən gözəllik salonunda gizlədib.

Keçirilən digər əməliyyatla isə rayonun Göyşaban kənd sakini Ramiz Fərzullazadə saxlanılıb. Ondan heroin, nömrəsi silinmiş “Mosin” markalı yivli karabin və 3 ədəd patron aşkarlanaraq götürülüb.

Ümumilikdə isə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 44 nəfər saxlanılıb. Onlardan 29 kiloqram narkotik vasitə, o cümlədən 23 kiloqram heroin, 3,5 kiloqram marixuana və 2,5 kiloqram metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib