azadses.az » Kriminal » Ekspert: “İlkin Süleymanov tutulandan sonra telefonuna müdaxilə olunub”

Ekspert: “İlkin Süleymanov tutulandan sonra telefonuna müdaxilə olunub”

Ekspert: “İlkin Süleymanov tutulandan sonra telefonuna müdaxilə olunub”

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov saxlanıldıqdan sonra telefonunu tədqiq etmiş ekspertlərdən biri - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin keçmiş eksperti Məmməd Ramazanov dindirilib.

Ekspert məhkəmədə ekspertiza ilə bağlı tərəfləri maraqlandıran sualları cavablandırıb.

İlkin Süleymanov əvvəlki ifadələrində deyib ki, 2020-ci ilin yanvarın 6-da. yanmış cəsəd tapılan vaxt hadisə yerinə gələn polislər onu Tovuz Rayon Polis Şöbəsinə aparıblar, telefonu əlindən alınıb. Sonradan ekspertiza rəyində göstərilib ki, həmin telefonda müxtəlif cizgi filmlərinə, müğənnilərin şəkil və videolarına baxılıb. Rəyə əsasən, yanvarın 8-də saat 11:50-də telefonda intim görüntülərə baxılıb. İlkin Süleymanov ifadəsində telefonunda iddia olunan cizgi filmlərini, intim xarakterli götüntüləri izləmədiyini deyib.

Ekspert Məmməd Ramazanov məhkəmədə vəkilin suallarını cavablandırarkən məlum olub ki, mobil telefon 2020-ci ilin yanvarın 6-da götürülsə də, götürülmə yanvarın 8-nə sənədləşdirilib.

Telefonun fevralın 4-də - İlkin Süleymanov saxlanılandan bir aya yaxın müddət sonra - ekspertizaya verildiyi ortaya çıxıb.

Ekspert deyib ki, telefon istintaqda qaldığı bir ay ərzində ona müdaxilələr edilib:

“Yanvarın 8-də telefonun yaddaşında doqquz foto yaradılıb. Yanvarın 21-də isə telefona “WhatsApp”, “Instagram” proqramları yüklənib və silinib”.

Vəkil Zabil Qəhrəmanovun “Bu fotolar yaradılıb, yoxsa bərpa edilib?” sualına ekspert: “Bunu dəqiq demək mümkün deyil, yaradıla da bilinər, bərpa edilə də bilər”, - cavabını verib.

Hakim Faiq Mahmudov ekspertin konkret cavab verməsini istəyib:

“Mənə konkret deyin, yanvarın 8-də telefona müdaxilə olub, ya yox?”

Ekspert hakimin sualına “olub” deyərək cavab verib.

Müdafiə tərəfi həmçinin “Nərmin Quliyeva noyabrın 29-da yoxa çıxdığı halda nəyə görə İlkinin telefonunun tədqiqi dekabrın 21-dən sonrakı müddəti əhatə edib?” sualını ünvanlayıb.

İlkin Süleymanov: “Niyə dekabrın 21-dən əvvəlki yaddaş tədqiq olunmayıb, Nərmin yoxa çıxandan dekabrın 21-nə kimi olan müddət niyə maraqlı olmayıb?” - deyə ekspertə sual verib.

Prokuror da ekspertdən bunun səbəbini soruşub.

Ekspert isə suallara cavab olaraq: “Deyiblər, bu tarixdən başla, tədqiq et. Nə deyiblərsə, onu etmişəm”, - cavabını verib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyeva qətlə yetirilib. Onun yandırılmış meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib