azadses.az » Manset » Bir şəklin tarixçəsi: Qürbətin kədərli üzü - FOTO

Bir şəklin tarixçəsi: Qürbətin kədərli üzü - FOTO

Mühacirətdə çap olunan “İstiqlal” qəzetinin 10 fevral 1934-cü il tarixli, 52-ci sayında “Baş mühərririmiz 50 yaşında” başlıqlı xəbər dərc edilib. Xəbərdə yanvar ayının 31-də “Müsavat” firqəsi və Milli Azərbaycan Mərkəzinin rəisi, qəzetin baş redaktoru Məhəmmədəmin Rəsulzadənin 50 yaşını tamamladığı qeyd olunub.
Bu münasibətlə onun azərbaycanlı əqidədaşları ilə yanaşı, Şimali Qafqazdan, Gürcüstandan və İdil-Ural bölgəsindən olan dostlarının iştirakı ilə yığıncaq keçirilib, nitqlər söylənilib.
Dünyanın müxtəlif bölgələrindən təbrik məktubları alan M.Rəsulzadəyə istiqlal mübarizəsini uğurla başa vurması arzulanıb.19 yaşında siyasi fəaliyyətə başlayan, 34 yaşında Azərbaycan Cümhuriyyətinin istiqlalını elan edən Məhəmmədəmin Rəsulzadə 50 yaşına çatdığı zaman artıq böyük mübarizə yolu keçmişdi. Həmin gün çəkilən fotoşəkillər arxivimizdə olmasa da, o dönəmə aid nadir şəkillərdən biri şəxsi kolleksiyamızda mövcuddur. Bu fotoşəkil qrafik dizayner Rəsul Həsən tərəfindən rəngləndirilib və ictimaiyyətə təqdim edilib. Bu, Rəsul Həsənlə ortaq bir neçə işimizdən biridir. 
Kiçik ölçüdə olan bu fotoşəkildə Rəsulzadə tək təsvir edilib. Böyük ehtimalla, bu şəkil hansısa vəsiqə üçün və ya jurnalda dərc etdirmək, yaxud xatirə məqsədilə çəkilib. Şəkildə Rəsulzadənin üzündə mühacirətin ağır əzabı, yurduna olan həsrəti açıq şəkildə görünür. Saçlarının kənarlarına düşən ağ, üzünə gələn qırışlar həm də ömrün qürubuna doğru ilk addımları atdığını göstərir.M.Rəsulzadə bu illərdə Avropada fəaliyyət göstərirdi. 1930-cu ildə Türkiyədən ayrıldıqdan sonra Rumıniya, Polşa, Almaniya kimi dövlətlərdə istiqlal mübarizəsi aparıb, eləcə də, fasiləsiz şəkildə qəzet və jurnallar çap edib.
“Bildiriş”, “İstiqlal” qəzetləri və “Qurtuluş” jurnalı onun bu yaş dövründə çap etdiyi mətbu orqanlardır. Həmin illərdə M.Rəsulzadə Azərbaycan haqqında fransız, alman və polyak dillərində kitablar dərc etdirib, təmsil olunduğu “Prometey” cəmiyyətində tarix, ədəbiyyat və siyasi mübarizə ilə bağlı mühazirələr oxuyub. 
M.Rəsulzadə 50 yaşında mühüm bir pakta da imza atıb. Belə ki, 1934-cü il iyulun 14-də Varşavada Qafqaz İstiqlal Komitəsinə daxil olan Azərbaycan, Gürcüstan və Şimali Qafqaz milli mərkəzlərinin nümayəndələri tərəfindən Qafqaz Konfederasiyası Paktı imzalanıb. Tərəflər onu Qafqaz Kreml əsarətindən azad edildikdən dərhal sonra yaratmağı öhdələrinə götürüblər.
Sənədi Azərbaycan adından M.Rəsulzadə və Ə.Topçubaşı, Gürcüstan adından N.Jordaniya və A.Çxenkeli, Şimali Qafqaz adından M.Q.Sunş, İ.Çulik və T.Şakman imzalayıblar. Bu sənəddə əsas məqsəd Qafqaz bolşevik işğalından azad edildikdən sonra bölgənin konfederasiya şəklində idarə olunması idi.
Paktın digər önəmli tərəfi o idi ki, mühacirətdə M.Rəsulzadə ilə Əlimərdan bəy Topçubaşı arasında olan fikir ayrılıqlarına son qoyulub, bu sənəd elə həmin il vəfat edəcək Topçubaşının Azərbaycan, Qafqaz və ümumiyyətlə, Rusiya müsəlmanları qarşısında son mühüm vəzifəsi olub. 
M.Rəsulzadə polyak əsilli xanımı Leyla (əsl adı Vanda) ilə də bu illərdə tanış olub. Leyla xanım 1885-ci ildə Varşavada doğulub. Orada universiteti bitirib. Ruslarla mübarizə aparan məşhur polyak ailələrindən birinə mənsubdur.
M.Rəsulzadənin vəfatına qədər onun yanında olub, dəfnində iştirak edən yeganə qadın idi... Hər ikisi Ankarada Milli Kitabxanada çalışıb, birlikdə çəkilmiş bir neçə fotoşəkilləri günümüzə gəlib çatıb...
Dilqəm Əhməd
Araşdırmaçı-jurnalist
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib