azadses.az » Manset » Prezident: Azərbaycanın enerji sektoru daha çox potensial qazanacaq

Prezident: Azərbaycanın enerji sektoru daha çox potensial qazanacaq

Cənub Qaz Dəhlizi istismara veriləndən sonra əlbəttə ki, Azərbaycanın enerji sektoru daha çox potensial qazanacaq.
Azad Səs-in məlumatına görə, bunu Prezident İlham Əliyev Dünya Bankının təşəbbüsü ilə bankın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı deyib.
Dövlət başçısı bildirib:
"Görülən işlər və gələcək planlarımızla bağlı dediklərinizə görə təşəkkür edirəm. Pandemiya dövründə Azərbaycan müsbət nəticələr göstərir. Hesab edirəm ki, bu, son vaxtlar başlanılmış çox ciddi islahatların yeni mərhələsi sayəsində mümkün olmuşdur. Burada əsas məsələ kölgə iqtisadiyyatının və qeyri-rəsmi məşğulluğun azaldılmasıdır. Çünki icbari tibbi sığorta yüksək səviyyəli səhiyyə xidmətləri təqdim etməklə yanaşı, qeyri-rəsmi məşğulluqla mübarizədə də bizə yardımçı olacaq. Yəni, hələ də kölgədə fəaliyyət göstərənlər ağ iqtisadiyyata keçməli olacaqlar.
Bu, vacib nailiyyətdir və sizə bir rəqəm deyə bilərəm. Ötən il bizim vergi və gömrük orqanlarımız proqnozdan 600 milyon dollar əlavə vəsait toplayıblar. Əsasən də kölgə iqtisadiyyatının azaldılması sayəsində və bu proses davam edir. Cari ilin ilk 5 ayı ərzində vergi və gömrük orqanları proqnozdan 400 milyon manat artıq vəsait toplayıb. Bu, ticarət münasibətlərinin ciddi zərər gördüyü vaxtda baş verib.
Artıq qeyd edildiyi kimi, bizim milli valyutamız sabitdir və zənnimcə, bu da makroiqtisadi sabitliyin mühüm amillərindəndir. Biz anlayırıq ki, makroiqtisadi sabitlik olmadığı təqdirdə bütün səylərimiz sarsılacaq. Biz işsiz, aztəminatlı və pandemiyadan əziyyət çəkən sahələrdə, məsələn, turizm və digər sahələrdə çalışan yüz minlərlə insanın dəstəklənməsi üçün 2 milyard dollar həcmində sosial və iqtisadi paket təqdim etmişik. Təkcə kiçik sahibkarların sayı 600 minə yaxındır.
Beləliklə, biz həmin vəsaitləri pandemiyadan əziyyət çəkmiş insanlara lazımi dəstəyin göstərilməsi üçün ayırmışıq. Qeyd edildiyi kimi, bank sistemində, həmçinin dəyişikliklər gedir və bəzi bankların lisenziyası ləğv edilmişdir. İnsanların sığortalanmış bütün əmanətləri hökumət tərəfindən təmin edilmişdir.
Həmçinin bildirmək istərdim ki, pandemiya zamanı biz qlobal səviyyədə çox fəal çalışdıq. Biz artıq 29 ölkəyə humanitar yardım göstərmişik. Eyni zamanda, hazırda biz 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına sədrlik edirik və həmin təşkilatın onlayn Zirvə görüşünü keçirdik. Həmin tədbir çox uğurlu oldu. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində maliyyə yardımı göstərmişik. Bu, bizim beynəlxalq öhdəliklərimizin bir hissəsi idi.
Strategiyanın formalaşdırılmasına gəldikdə, biz Dünya Bankının iştirakını çox alqışlayırıq. Fikrimcə, bu, gələcəyimizin planlaşdırılmasında bizə elə yardım edəcək ki, hədəfləri müəyyənləşdirəndə onlara nail ola bilək. Bir sözlə, strategiya məzmuna uyğun çox konkret olmalıdır və onun sayəsində biz dayanıqlı inkişaf məqsədlərinə və enerji sektorundan asılılığın azaldılmasına nail olmalıyıq.
Beləliklə, Cənub Qaz Dəhlizi istismara veriləndən sonra əlbəttə ki, Azərbaycanın enerji sektoru daha çox potensial qazanacaq. Qeyri-enerji sektoru onunla rəqabət apara bilməyəcək, lakin hesab edirəm ki, iqtisadiyyatımızın əsas aparıcı qüvvəsi özəl sektor olacaq. Bu baxımdan, mən Dünya Bankı nümayəndələrinin söylədikləri ilə tam razıyam.
Səhiyyə sektoruna gəldikdə, fikrimcə, son on altı il ərzində səhiyyə infrastrukturuna yatırdığımız sərmayələr, hazırda bizə koronavirusla mübarizə aparmaq imkanını yaratdı, çünki səhiyyə sistemimiz daha çox insanları müalicə etməyə qadirdir. Əfsuslar olsun ki, sərt məhdudiyyətlərin aradan qaldırılmasından sonra ölkəmizdə yoluxan insanların sayında artım var. Lakin səhiyyə sistemimiz bunun öhdəsindən gəlir. Ümid edirəm ki, gələcəkdə də bu imkanlar olacaq. Bir sözlə, səhiyyə sistemi yaxşı keyfiyyətini göstərməkdədir. Lakin əlbəttə ki, bizim ciddi təkmilləşdirməyə ehtiyacımız var və bunun üzərində birmənalı olaraq işləyəcəyik.
Su layihələri haqqında söylədiyim məqamlara qayıdaraq, cənab Molineisun söylədiyi “su təhlükəsizliyi” termini ilə tam razıyam. Bu, həqiqətən də bizim üçün təhlükəsizlik məsələsidir. Tam razıyam ki, biz bu sahəyə görə məsuliyyət daşıyan şirkətlərimizin və dövlət təşkilatlarının strukturunun lazımi qaydada formalaşdırılması məqsədilə təsisat əsasları üzərində çalışmalıyıq. Biz infrastruktura ciddi sərmayələr qoyacağıq. Bunlar bizim builki dövlət sərmayə proqramında əks olunub. Ümid edirik ki, Dünya Bankı ilə birgə infrastruktur və qənaət sahəsində biz daha geniş miqyasda işləyə bilərik. Burada qənaətə yeni texnologiyaların tətbiqi və lazımi idarəçilik nəticəsində nail olunması nəzərdə tutulur.
Qaldırmaq istədiyim digər bir məsələ də var və o, daim bizim gündəliyimizdədir. Həmin məsələ ətraf mühitin qorunmasıdır. Bu, xüsusən də Bakı və Abşeron yarımadasına aiddir. Həmin yerlərdə əsrlər boyu neft və qaz hasilatı bizim üçün çox ciddi çətinliklər yaratmışdır. Biz böyük həcmdə təmizləmə əməliyyatlarını aparırıq, lakin ola bilsin, bizə daha çox dəstək lazımdır. Bu, xüsusən də texnologiya və məsləhətlər baxımdan verilə biləcək dəstəyə aiddir. Buna görə, fikrimcə, gələcək əməkdaşlığımızın sahələrindən biri Abşeronda və Bakıda neftlə çirklənmiş sahələr üzrə ekoloji layihələrin həyata keçirilməsi ola bilər".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib