azadses.az » Manset » Karantin rejimi 2 həftəlik sərtləşdirilir, sms-icazələr bərpa olunur

Karantin rejimi 2 həftəlik sərtləşdirilir, sms-icazələr bərpa olunur

Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.
Azad Səs-in məlumatına gör, bu dəfəki mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov iştirak edir. Tədbirdə pandemiya ilə bağlı ölkədəki son vəziyyət haqda məlumat verilir.
21 iyundan 2 həftə ərzində ciddi karantin rejimi tətbiq olunacaq
SMS xəbərdarlıq və xüsusi icazə şəklində evdən çıxmaq mümkün olacaq.
21 iyun saat 00:00-dan 5 iyul saat 6:00-dək ciddi karartin rejimi tətbiq olunacaq
Leyla Abdullayeva deyib ki, Bakı, Sumqayıt, Cəlilabad, Abşeron, Gəncə şəhərləri üzrə ciddi karantin rejimi tətbiq ediləcək.
Metro işləyəcək
Bildirilib ki, Bakı metrosu xüsusi karantin rejimi müddətində fəaliyyətini davam etdirəcək.
L.Abdullayeva məlumat verib ki, bulvar və parklara giriş də məhdudlaşdırılmayacaq.
Bərbərxana və gözəllik salonları bağlanacaq
Bunu da Abdullayeva bildirib. Əlavə edib ki, otellərin fəaliyyəti, beynəlxalq səfərlər, yas mərasimləri, tədbirlər, təhsil müəssisələrində fəaliyyət qadağası qüvvədə qalır.
65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulmur. Lakin tövsiyə olunur ki, mümkün qədər evdə qalsınlar. Sabah bunlar barədə ətraflı məlumat veriləcək.
Açıq havada idman yarışlarının keçirilməsinə qadağa qoyulub
Abdullayeva brifinqdə məlumat verib.
O bildirib ki, 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ölkədə tətbiq olunacaq ciddi karantin rejimi ilə əlaqədar yarışların təşkili dayandırılıb.
Imtahanlar təxirə salınacaq
Abdullayeva bildirib ki, buraxılış və qəbul imtahanları təxirə salınacaq. Yalnız Naxçıvan Muxtar respublikası ərazisində ola bilsin ki, bu imtahanlar keçirilsin. Bununla bağlı məlumat veriləcək.
5 min aktiv xəstə var
Bayramlı isə bildirib ki, Azərbaycanda koronavirusla əlaqədar icra olunan testlərin sayı 400 mindən çoxdur.
Hazırda 5 000 nəfərə yaxın aktiv xəstə var. 157 nəfər reanimasiya şöbəsində müalicə alır, 30 nəfəri süni tənəffüs aparatına qoşulmuş vəziyyətdədir.
Sərhədlər avqustun 1-dək bağlı qalacaq
L. Abdullayeva bildirib ki, avqustun 1-dək dövlət sərhədlərinin bağlı qalması qüvvədədir.
Xüsusi karantin rejimində nəqliyyat işləyəcək
Abdullayeva qeyd edib ki, iş rejimi ilə bağlı özəl və dövlət sektorunda çalışanlar şəxsi avtomobillərdən istifadə edə biləcəklər.
Bu məsələ Operativ Qərargahda müzakirə olunub və sabah geniş məlumat veriləcək. Xüsusi karantin rejimi günlərində metro ilə yanaşı, digər ictimai nəqliyyat növləri də fəaliyyət göstərəcək.
Sərt karantin vacibdir
Bayramlı bildirib ki, yenidən sərtləşmə qərarı verilməsinə səbəb ölkədəki epidemioloji vəziyyətdir. Yoluxmalar artır və ölkədə situasiya ürəkaçan deyil.
Qərarlar çox ciddi statistik rəqəmlər əsasında aparılan geniş təhlillər nəticəsində verilib. Həftəsonu tətbiq edilən məhdudiyyətlər imkan verdi ki, uzun müddətli məhdudiyyətlərin tətbiqi üçün vaxt qazanaq. Bu məhdudiyyətlər aprel ayında tətbiq edilən məhdudiyyətlərə bənzərdir.
Dünya ölkələrində koronavirusa yoluxmalar artır
Bayramlı deyib ki, Azərbaycanda da vəziyyət ürəkaçan deyil.
"Bizim A, B və C variantlarımız var. Son iki həftədə tətbiq olunan məhdudiyətlərin nəticə verməsinə gəldikdə, bu addımlar xarici ölkələrin təcrübəsinə əsasən atılıb. Bu, bizə uzunmüddətli məhdudiyyətlərin tətbiqinə vaxt qazanmağa imkan verdi”.
O əlavə edib ki, məhdudiyyətlər aprel ayında tətbiq olunan məhdudiyyətlərə bənzəyir. Aprel ayında səhiyyə strukturları xəstəliklə mübarizəyə tam hazır deyildi. Doğrudur, yetərincə çarpayı sayı vardı. Lakin xəstəliyin nə dərəcə artması, əlavə çarpayı sayına ehtiyac olması, laboratoriya, avadanlıq təminatları həyata keçirildi. Xəstələrin 15 faizi adətən, reanimasiya üçün nəzərdə tutulur.
R. Bayramlının sözlərinə görə, xəstəxanaların oksigen sistemləri, generatorlar bu qədər xəstəyə hesablanmayıb. Xəstəxanaların bir qismində generatorlar deyil, oksigen balonları istifadə olunurdu. Bununla əlaqədar generatorlar alınıb. Modul tipli xəstəxanalar yaradılıb, 7 minə qədər çarpayı hazırlanıb, ancaq bu gün 5 minə qədər xəstə var, virusa yoluxma sürətlə baş verir. Yeni yoluxanlarla sağalanlar arasında fərq artır, tibb müəssisələrinin üzərinə böyük yük düşür.
Azərbaycanda ölüm faizi aşağıdır
Bayramlı söyləyib ki, dünya ölkələrində koronavirusa yoluxanlar arasında 4-18 faiz ölüm var. Azərbaycanda isə ölüm faizi daha aşağıdır. Bu, səhiyyə sisteminin hazırlığı ilə bağlıdır. Almaniya, İtaliya kimi ölkələrdə yenidən yoluxma artır. Türkiyədə bir sıra şəhərlərdə belə maskanın tətbiqi tələbi qoyulub. Çində yenidən sərt tədbirlər tətbiq olunur. Azərbaycan dövlətinin siyasətinin mərkəzində insanlarımızın sağlamlığı dayanır. Xəstəliyin qarşısının alınması peyvənd və dərmanın tapılması ilə mümkün olacaq. Bu gün də bunlar yoxdur. İndiyə qədər 10-a yaxın mərkəzdə ciddi tədqiqatlar aparılır, iki mərkəzin tədqiqatı üçüncü mərhələyə keçib. Ancaq peyvənd tapılsa da, ola bilər ki, hər il virusun yeni ştamplarına görə yeni peyvəndlərə ehtiyac olacaq. Bir ehtimal da var ki, virus mutasiya olunsun və həyatımızdan itsin. Ancaq bu, o qədər də real deyil.
Təhlükə ciddidir
TƏBİB sədri bildirib ki, təhlükə çox ciddidir. Əgər xəstəlik dalğavarı deyil, yüksələn xətlə inkişaf edərsə, səhiyyə sistemi bunun öhdəsindən gələ bilməz, ölümlər daha çox olar.
Yas yerlərində yoluxanlar çoxdur
Bayramlı bildirib ki, qaydalara əməl etmək baxımından aparılan müşahidələr göstərir ki, vəziyyət heç də ürəkaçan deyil. Hələ də qaydalara əməl etməyən vətəndaşlarımız var. Küçələrdə hələ də simptomları olmayan və zəif olan vətəndaşlar gəzir. Onlar maskasız gəzdikdə başqa insanları da yoluxdururlar. Hələ də yas yerlərinə kütləvi toplaşanlar var. Yas yerlərində kütləvi yoluxmalar haqqında ciddi epidemioloji nəticələr müşahidə edilir. İctimai nəqliyyatda qoruyucu vasitələrin, maskanın istifadə olunmaması ilə bağlı kifayət qədər yoluxma halı mövcuddur.
Evdə müalicə olunanlar üçün
Bayramlı bildirib ki, virus qanın laxtalanma sisteminə çox ciddi təsir göstərir.
O əlavə edib ki, artıq modul tipli xəstəxanalara xəstə yatırılmasına başlanılıb. Poliknik müşahidə altında xəstələrin evdə müalicə olunması ilə bağlı hazırlıq işləri yekunlaşır. Bununla bağlı bir sıra ölkələrin təcrübəsindən istifadə ediləcək. E-təbib mobil tətbiqi hazırlanır və bu sistemlə evdə müalicə olunan xəstələri izləmək mümkün olacaq.
Evdə müalicə olunan şəxslər 12 saatdan bir sorğu ediləcək. Qərara əsasən müalicələrinin ev və ya xəstəxana şəraitində davam etdirilməsi barədə bundan sonra qərar qəbul ediləcək.
Bayramlı bildirib ki,  deksametazondan nəzarətsiz istifadə etmək olmaz. Deksametazon yalnız ağır xəstələrə tətbiq edilir. Deksametazondan istifadə yeni deyil.
Çimərliklərdən istifadə də qadağan edilir
Bayramlı bildirib ki, karantin rejimi sərtləşdirilən bölgələrdə çimərliklərdən istifadə qadağan olunacaq. İnsanların sıx toplaşmaması baxımından saatları tənzimləməklə icazə mümkün olacaq. Yəni necə ki, SMS icazə ilə alış-verişə çıxdığımız müddət müəyyən olunurdu, həkimə gedib-gəlmək müəyyən olunurdusa, bu çərçivədə yanaşılacaq. Bu istiqamətdə sabah əlavə məlumatlar veriləcək.
Koronavirus testi 40 manatdır
Bayramlı bildirib ki, hazırda 25-ə yaxın laboratoriyada koronavrusla bağlı testlər keçirilir. Ölkədə test ehtiyatı kifayət qədərdir. Test ehtiyatı tender qaydalarına uyğun əldə edilib. Alınan bütün testlər Almaniya istehsalıdır. Testin maya dəyəri 40 manat civarındadır. Bura mütəxəssislərin əməyi daxil deyil.
Rəşad Mahmudov  isə əlavə edib ki, bu dərmandan nəzarətsiz istifadə əksinə ağır xəstələrin sayını artıra bilər: "Bu gün apteklərdə deksametazonun tükənməsi xəbərini verdilər.  Bu, yolverilməzdir. Dərmandan özbaşına istifadə etmək olmaz".
Vətəndaşlar məsuliyyətli olmalıdırlar
Rəşad Mahmudov isə çıxışında bildirib ki, hələ də Azərbaycan cəmiyyətində həqiqətən koronavirusun olub-olmaması barədə suallara rast gəlinir. "Hər bir səhiyyə sisteminin bəlli bir potensialı var. Biz cəmiyyət olaraq məsuliyyətli olmalıyıq. Dünyada bu problemin həll olunmasına inanmalıyıq"-o bildirib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib