azadses.az » Manset » BMT Baş Assambleyasında Ermənistanın yalanları və saxtakarlığı ifşa edildi

BMT Baş Assambleyasında Ermənistanın yalanları və saxtakarlığı ifşa edildi

BMT Baş Assambleyasında Ermənistanın yalanları və saxtakarlığı ifşa edilib.

“Report”un ABŞ bürosu xəbərinə görə, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi Yaşar Əliyev BMT Baş Assambleyasının “Sülh mədəniyyəti” gündəliyinə həsr olunmuş plenar iclasındakı çıxışında Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalından danışıb.

“30 ilə yaxın davam edən münaqişə və işğal zamanı, Ermənistan tərəfindən əvvəllər işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsi talan edilib, dağıdılıb və vandalizmə məruz qalıb. Faktlar həqiqətən şokedicidir və bunlardan bir neçəsini qeyd etmək kifayətdir.

Əvvəllər qəsb olunmuş ərazilərdə 67 məsciddən 64-ü məhv edilib, işğal zamanı məscidlərin donuzlar və inəklər üçün qəsdən axır kimi istifadəsi simvolik olaraq təhqir kimi nəzərdə tutulub”.

Səfir qeyd edib ki, üstəlik, müharibənin 2020-ci ilin payızında başa çatmasına baxmayaraq, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il dekabrın 7-də qəbul etdiyi “irqi ədavətin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirlərin görülməsi” tapşırığına açıq-aşkar məhəl qoymayıb. Belə ki, hələ də Ermənistanda fəaliyyət göstərən təşkilatlar və fizik şəxslər anti-Azərbaycan nifrətini qızışdırmaqda davam edir.
Diplomat Ermənistan nümayəndəsinin səsləndirdiyi qüsurlu və yalan iddialara da cavab verib. Y.Əliyev bildirib ki, Ermənistan təmsilçisinin yalan və nifrət dolu iddiaları onun ölkəsinin diskursunda nifrət, dözümsüzlük və yalanın nə dərəcədə üstünlük təşkil etdiyini və bunun regional sülh, təhlükəsizlik və sabitliyə ciddi təhlükə yaratdığını ortaya qoyur:

“Ermənistanın 200 mindən çox azərbaycanlını tarixi Vətənindən qovmaqla, Azərbaycana qarşı təcavüz həyata keçirib və ölkəmin suveren ərazisinin böyük bir hissəsini işğal edərək, etnik təmizləməyə məruz qoyub. Bu gün Ermənistandan etnik zəmində nifrət və ayrı-seçkilik ittihamlarını eşitmək ironikdir. Erməni uşaqlarına məktəbdə erkən yaşlarından antiazərbaycan stereotipləri öyrədilir və bu geniş şəkildə qəbul edilən stereotipə çevrilir”.

Diplomat çıxışında Azərbaycanın sülh mədəniyyətinin təbliğinə böyük əhəmiyyət verdiyini, milli və beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi diqqət yetirdiyini və Azərbaycanın müxtəlif təşəbbüsləri uğurla həyata keçirdiyini bildirib. Y.Əliyev bu məqsədlə BMT-nin Qadınlar Təşkilatı və Siyasi və Sülh Quruculuğu Məsələləri Departamenti ilə Azərbaycan hökuməti birgə reallaşdırdığı layihələrdən bəhs edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib