Protezin bütün barmaqlarını idarə etməyə imkan verən bionik implant yaradılıb
İsveçin Çalmers Texnologiya Universitetinin alimləri amputantlara protezin bütün barmaqlarını idarə etməyə imkan verən yeni bionik implant yaradıblar.
"Report" xəbər verir ki, tədqiqatın nəticələri "Science Translational Medicine" jurnalında dərc olunub.
İtirilmiş əzanı əvəz etmək üçün protezlərə nəzarət çox vaxt çətindir. Xəstələr öz istəkləri ilə əzələləri daralda bildikləri üçün, başqa bir seçim də bionik qolları idarə etmək üçün digər əzələlərdən istifadə etməkdir. Amma qol dirsəkdən yuxarı amputasiya olunsa, daha çətindir. Bundan əlavə, protezlərin bərkidilməsi qalan əzanın sıxılmasına səbəb ola bilər ki, bu da diskomfort və mexaniki qeyri-sabitliklə müşayiət olunur.
Yeni araşdırmada tədqiqatçılar protez taxmaq üçün titan implantından istifadə ediblər. Saxlanılan sinirləri xüsusi sensorlarla birləşdiriblər. Əməliyyat olunan xəstə yeni bionik əlin hər barmağını özününkü kimi idarə edə bilib.
Əməliyyatı İsveçin Salqrensk Universiteti Xəstəxanasında daha əvvəl Skandinaviyada ilk əl transplantasiyası əməliyyatına rəhbərlik edən doktor Paolo Sassu həyata keçirib. Tədqiqatda ABŞ, İsveç, Avstraliya, İtaliyadan olan həkimlər və alimlər iştirak ediblər.