azadses.az » Manset » BQXK – Azərbaycana qarşı riyakarlıq edən qaçaqmalçı QHT - ŞƏRH

BQXK – Azərbaycana qarşı riyakarlıq edən qaçaqmalçı QHT - ŞƏRH

Bütün dünyaya özünü “bitərəf”, “müstəqil” kimi təqdim edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycana qarşı riyakar siyasəti davam edir. Beynəlxalq hüquqla və dünyanın bütün ölkələrinin, hətta Ermənistanın da Azərbaycan ərazisi kimi tanıdığı Xankəndində yerləşən BQXK ofisi hələ də Bakıdakı ofisə deyil, İrəvandakı ofisə tabedir. Niyə? Səbəb nədir? Bununla bağlı BQXK-yə sorğu göndərən mediaya Komitənin mərkəzi ofisi cavab verməyi lazım bilməyib. BQXK-nin Bakı nümayəndəliyi isə bildirir ki, “bu ofis Yerevana tabe deyil”. O ki qaldı logistik və inzibati tənzimləmələrə, “bizim aidiyyatı üzrə qərar verənlərlə olan ikitərəfli və konfidensial dialoqun bir hissəsidir. Buna görə də bu mövzuda ictimai açıqlamalar verilmir”.

İctimaiyyəti maraqlandıran suallara bir cümlə ilə “açıqlama verilmir” deyən BQXK Azərbaycan tərəfinin çoxsaylı sualları qarşısında acizdir. Çünki adətən “no comment” cavabı o zaman verilir ki, həqiqəti inkar etmək mümkün olmur, amma hansısa səbəblərdən etiraf da edilmir.

BQXK-nın Bakı nümayəndəliyinin “bu ofis Yerevana tabe deyil” açıqlaması da riyakarlıqdır. Çünki 2000-ci illərin əvvəllərində BQXK rəsmi Bakı ilə razılaşdırmadan və ümumiyyətlə Azərbaycanı məlumatlandırmadan Xankəndidəki separatçı-quldur rejimi ilə saziş imzalayıb. Bu sazişin mətni indiyədək gizli saxlanılır və Azərbaycanın çoxsaylı tələblərinə baxmayaraq, Komitə “məxfi” bəhanəsi ilə mətni açıqlamır.

BQXK özünü “bitərəf və müstəqil” kimi təqdim etsə də, əslində bu qurum İsveçrənin qeyri-hökumət təşkilatlarından (QHT) biridir. Bu QHT-nin mərkəzi ofisi Cenevrədə yerləşir və İsveçrə vətəndaşları tərəfindən idarə olunur. Rəhbər şəxs də mütləq bu ölkənin təmsilçisi olur. Bir ölkənin QHT-sinin “müstəqil və bitərəf” kimi təqdim olunması nonsensdir. Təsəvvür edək: İsveçrədə hansısa əcnəbi həbsdədir. BQXK-nin həmin şəxsə qarşı münasibəti necə olacaq? Əlbəttə, qərəzsiz münasibətdən söhbət gedə bilməz.

Bunlar bir yana, BQXK-nin Qərbin kəşfiyyat vasitəsi kimi fəaliyyət göstərdiyinə dair ciddi şübhələr var. Həm birinci, həm ikinci Qarabağ müharibələri zamanı komitə əməkdaşlarının hərbi sirr sayıla biləcək məlumatlar topladığı məlum olub, bu məlumatların sonradan Fransa və Ermənistana ötürüldüyünə dair də məlumatlar var.

Vaxtilə BQXK-nin iki livanlı əməkdaşının hərbi sirr sayıla biləcək məlumatlar topladığı aydın olduqda onlar Azərbaycanda persona non-qrata elan olunmuşdular. BQXK bu məsələyə də indiyədək arqumentli şəkildə aydınlıq gətirməyib.

44 günlük İkinci Qarabağ Müharibəsi günlərində BQXK ordumuzun Füzuli istiqamətində hücuma keçməsinə maneələr yaratmağa çalışmışdı. Eyni hal ordumuzun Laçın istiqamətində irəliləməsi zamanı da yaşanmışdı.

BQXK-nin müstəqil humanitar təşkilat yox, xarici ölkələrlə bağlı siyasi təşkilat kimi fəaliyyət göstərdiyini sübut edən bir məqam: 2018-ci ildə Gəncədə iki polisin qətli ilə nəticələnmiş iğtişaşlardan sonra həbs olunmuş şəxslərə baş çəkmiş BQXK əməkdaşları onlara aclıq elan etməyi və Fransa səfirliyinə müraciət etməyi məsləhət görmüşdülər. Bu isə onların mandatına tam ziddir və daxili siyasi proseslərə açıq müdaxilədir.

BQXK-nin xəritələrində hələ də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti xüsusi olaraq göstərilir və Azərbaycan ərazisindən fərqlləndirilir. Halbuki Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı yer yoxdur.

Ermənistanın kapitulyasiyası ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra BQXK qısa vaxt ərzində 1700 nəfər erməni hərbçisinin cəsədini toplamağı bacardı, amma birinci müharibədə itkin düşmüş 4 min azərbaycanlı hərbçinin tapılması üçün heç nə etmir.

Hələ 1995-ci ildə 54 nəfər Azərbaycan vətəndaşının əsirlikdə saxlandığını müəyyənləşdirmişdi, onların məktublarını da təqdim etmişdi. Amma onların taleyi necə oldu? BQXK indiyədək bununla maraqlanmayıb, yaxud maraqlanmaq istəməyib.

Müharibədən sonra isə BQXK-nin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə yaşayan erməni əhalisi üçün qaçaqmalçılıqla məşğul olduğu da sübut edilib.Odur ki, bütün bu suallar qarşısında aciz qalan BQXK-nin sorğulara “bu mövzuda ictimai açıqlamalar verilmir” cavabı verməsi təəccüblü deyil. Çünki bu QHT Azərbaycanla bağlı mövzularda riyakardır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?