ACF prezidentinin müşaviri: "Azərbaycan idmanı və cüdosu üçün tarixi yarış oldu"
"Azərbaycan idmanı və cüdosu üçün tarixi yarış oldu".
Bunu "Report"un Zaqrebə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Cüdo Federasiyası (ACF) prezidentinin müşaviri Natiq Bağırov deyib.
Federasiya rəsmisi turnirdə tarixi nəticələrin qazanıldığını bildirib: "Əsas odur ki, medal sıralamasında birinci yeri tutduq. Yaponiya, Fransa kimi ölkələri qabaqladıq. Bizim qızlardan ibarət komandalarımızda heç vaxt dünya çempionu olmayıb. Bu dəfə 52 kq çəki dərəcəsində Xədicə Qədəşova bunu bacardı. Komandalararası yarışda isə 63 kq-da mübarizəni davam etdirdi və yığmaya qələbələr qazandırdı. Bu dünya çempionatı göstərdi ki, bizim məqsədimiz birdir və federasiyanın gördüyü işlər hədər getməyib. Bu cür nailiyyətlər bizə əlavə motivasiyadır. Çalışacağıq ki, ölkəmizdə cüdonun inkişafını daha da artıraq".
Natiq Bağırov medal əldə edə bilməyən idmançılar arasında istedadlı cüdoçuların olduğunu diqqətə çatdırıb: "Onlar bilməlidirlər ki, işləyərək, çalışaraq yüksək zirvələrə qalxacaqlar, bayrağımızı dalğalandıracaqlar".
ACF prezidentinin müşaviri hazırkı yeniyetmələrin gənclər və böyüklərin yarışında da medallar qazana biləcəyini vurğulayıb: "Hər şey idmançılardan və məşqçilərdən asılıdır. Düzgün istiqamət tutsalar, hədəflərinə çatacaqlar. Mütləq hansısa düzəlişlər olmalıdır. Çünki yeniyetmələr gənclərdən və böyüklərdən fərqlənirlər. Güclərini, taktiki və texniki hazırlığı artırmalıdırlar. Onda nəticələr də gələcək".