azadses.az » Manset » Nazir: "Enerji sahəsində uğurlu əməkdaşlıq Azərbaycanı beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevirib"

Nazir: "Enerji sahəsində uğurlu əməkdaşlıq Azərbaycanı beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevirib"

Bu gün Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi münasibətilə tədbir keçirilib.

"Report"un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov “Abşeron” yatağında hasilata başlanılmasının ölkəmiz və layihədə iştirak edən şirkətlər üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu qeyd edən iqtisadiyyat naziri “Abşeron” yatağından ilk qazın verilməsinin Azərbaycan üçün əlamətdar olan bu ildə həyata keçirilməsini xüsusi vurğulayıb. Qeyd olunub ki, “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi üzrə işlər intensiv şəkildə davam etdirilir.

Tədbirdə M.Cabbarov Azərbaycanın enerji sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin ölkəmizi beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevrildiyini ifadə edib. Cari il avqustun 4-də SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 % iştirak payının satışı ilə bağlı imzalanma mərasiminin keçirildiyini xatırladan SOCAR-ın Müşahidə Şurasının sədri bu sənədin Azərbaycanda yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürü olduğunu qeyd edib.

Energetika naziri Pərviz Şahbazov çıxış edərək dünyada qaz tədarükü mənbələrinin əhəmiyyətinin təhlükəsizlik amilinə əsasən müəyyənləşdiyi, müvafiq olaraq etibarlı enerji təchizatçısı kimi Azərbaycanın rolunun gücləndiyi və ölkəmizin enerji resurslarına tələbatın artdığı bir vaxtda “Abşeron”un yüksək hasilatla işə düşməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Nazir bunun Azərbaycanın enerji ehtiyatlarının zənginliyinin və enerji tədarükçüsü missiyasının davamlılığının bariz göstəricisi olduğunu bildirib, eyni zamanda, enerji bazarları, istehlakçıların fasiləsiz enerji təchizatına, ölkəmizdə neft-kondensat hasilatının sabitliyinə etibarlı təminat olduğunu diqqətə çatdırıb. P. Şahbazov “Abşeron” yatağının ölkəmizdə qaz istehsalı, istehlakı mənbələrini şaxələndirməklə yanaşı, Avropaya əlavə qaz tədarükünün də mühüm mənbəyi olacağını ifadə edib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında “Abşeron” qaz-kondensat yatağının tarixi inkişaf yolundan, ötən illər ərzində beynəlxalq tərəfdaşlarla birgə atılan mühüm addımlardan bəhs edib. SOCAR prezidenti “Abşeron” qaz-kondensat yatağının ölkəmizin hasilat potensialının artırılmasına və beynəlxalq mövqelərinin gücləndirilməsinə dəyərli töhfə verəcəyini vurğulayıb.

R. Nəcəf çıxışında ölkə başçısı tərəfindən “Abşeron” yatağının işlənməsinin ikinci mərhələsi üzrə verilən tapşırıqların icrası istiqamətində görülən işlərdən bəhs edib.

“Abşeron” qaz-kondensat yatağının İHS (İlkin Hasilat Sxemi) mərhələsi üzrə hasilata başlanılmasından məmnunluğunu ifadə edən “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyane SOCAR və layihəyə yeni qoşulmuş ADNOC şirkəti ilə əməkdaşlığın daha da möhkəmləndiriləcəyini diqqətə çatdırıb. O, hazırda tərəfdaş şirkətlərlə birgə “Abşeron” yatağının işlənilməsinin növbəti mərhələsi üzrə görülən işlərdən danışıb. P.Puyane təbii qazın karbohidrogenlər içərisində ən təmiz yanacaq olduğunu diqqətə çatdıraraq “Abşeron” layihəsinin “TotalEnergies”in aşağı karbonlu enerjiyə keçid öhdəliyinə tam uyğun olduğunu da ifadə edib.

ADNOC şirkətinin aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi SOCAR və “TotalEnergies” ilə birlikdə Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında strateji əlaqələrdə və enerji tərəfdaşlığında daha bir mühüm mərhələ olan “Abşeron” yatağından ilk qazın hasil olunmasına həsr edilən tədbirdə iştirakdan məmnunluğunu ifadə edib. İcraçı direktor aşağı karbonlu enerji istehsalı sahəsində ADNOC-un malik olduğu ənənələrə və onilliklər boyu qazanılan zəngin təcrübəyə əsaslanaraq, bu strateji əhəmiyyətli layihədə oynayacağı mühüm rolu səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

Çıxışlardan sonra “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin İHS mərhələsinə həsr olunan videoçarx nümayiş etdirilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?