azadses.az » Manset » Ankara Sosial Elmlər Universitetinin rektoru: “Burda oxuyan azərbaycanlıların sayını artırmaq istəyirik"

Ankara Sosial Elmlər Universitetinin rektoru: “Burda oxuyan azərbaycanlıların sayını artırmaq istəyirik"

Ankara Sosial Elmlər Universitetinin (Ankara Sosial Bilimler Üniversitesi - ASBU) rektoru, professor, dr. Kazım Arıcanın “Report” İnformasiya Agentliyinə müsahibəsi:

- Cənab rektor, ASBU Ankarada yaradılan ən son elm ocaqlarındandır. Universitetin yaranmasında əsas zərurət nə oldu?

- ASBU sosial elmlər üzrə ixtisaslaşmış dövlət universitetidir. Tematik və tədqiqat yönümlü təhsil siyasətini qəbul edən universitetimiz 2013-cü ildə sosial elmlər tədqiqatında qabaqcıl olmaq məqsədi ilə yaradılıb. Çoxdilli, multikultural təhsil ocağımızın hazırda 21 müxtəlif tədqiqat mərkəzi var. Bundan əlavə, digər tematik universitetlərdə və texnoparklarda olduğu kimi bizdə də sosial elmlər sahəsində texnologiyanın inkişaf zonası yaradılıb və biz müxtəlif şirkətlərlə əməkdaşlığımızı davam etdiririk.

Onu da deyim ki, ASBU sosial elmlər tədqiqatında aparıcı rol aldığına görə, Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən rəqəmsal sosial elmlər üzrə ixtisaslaşmış universitet seçilib.

5 müxtəlif universitetlə əməkdaşlıq edən universitetimizin nəzdində Disipilinlərarası Sosial Tədqiqatlar və İnnovasiyalar İnstitutu yaradılıb ki, bunda da məqsədimiz sosial elmlər sahəsindəki problemlərin yaradıcı və innovativ şəkildə yolunu tapmaqdır. Bundan başqa, universitetimizdə Türkiyədə ilk və yeganə olan Xarici dillər fakültəsi də var. Digər universitetlərin elm və ədəbiyyat fakültələrinin tərkibində yerləşən xarici dil və tərcümə bölmələri ASBU-da ayrıca fakültə kimi tədris fəaliyyəti ilə məşğuldur.

- ASBU-nun Ankaranın ən tarixi yerlərindən birində məskunlaşmasının xüsusi səbəbi varmı?

- Bəli, ASBU Ankarada, şəhərin mərkəzində tarix, mədəniyyət və incəsənət nümunələri ilə zəngin olan Ulusda yerləşir. Universitetimizin Ankaradakı bütün fakültə və şöbələri bu şəhərcikdə məskunlaşıb. Bütün binalarımız tarixi arxitekturaya uyğun bərpa olunub. Biz bununla sosial elmləri öyrənmək istəyən tələbələrə, bu sahədə araşdırma aparmaq istəyən akademiklərə sosial elmlərin, insan və cəmiyyətin tədqiqat predmeti ilə dolu bir mühit təklif edirik.

- Sosioloqlara tələbat çox olmasına rəğmən bəzən bu sahəni seçənlərin iş tapmaq çətinlikləri olur. ASBU-nun məzunları ilə bağlı nə deyə bilərsiniz? Onlar uğurlu mütəxəssis sayılırmı?

- Əvvəla onu deyim ki, tələbələrimizə hər zaman təhsil müddətində də təcrübə və öyrəndiklərini tətbiq etmə, iş dünyası ilə əlaqə qurmaq kimi müxtəlif variantlar tövsiyə edirəm. Bu baxımdan az öncə bəhs etdiyim inkişaf zonası tələbələrimizə həm də təcrübə keçmək imkanı verir və onlara kursda əldə etdikləri bilikləri praktikada tətbiq etmək fürsəti yaradır. Əlbəttə ki, tələbələrimizin əsas ixtisas sahəsindən başqa digər sahələrdə də özlərini təkmilləşdirmək və özlərinə aid sahəni daim inkişaf etdirmək imkanları da var.

Bundan əlavə universitetimizdə tədris dili ingilis dilidir və məzunlarımızın bu baxımdan heç bir problemi yoxdur. İngilis dilini yaxşı bilən tələbələrimizin öz seçimləri üzrə istədikləri ikinci xarici dildə də ixtisaslaşmaq imkanları olur ki, bu da məzunlarımızın işə qəbul prosesində onlara daha bir üstünlük verir.

Tələbələrimiz təhsil həyatı boyunca ictimai fəaliyyətlər vasitəsilə planlaşdırma və təşkilatçılıq bacarıqlarını da gücləndirirlər. Onların cəmiyyətdə həyata keçirdikləri fəaliyyətlər və qurduqları əlaqələr iş axtarışı proseslərinə də müsbət təsir göstərir. Ona görə də bütün tələbələrimizə tövsiyə edirəm ki, təkcə kurslarla, təcrübələrlə kifayətlənməsinlər, müxtəlif ictimai və mədəni tədbirlərdə iştirak etsinlər, maraqlarına uyğun olaraq fərqli bir sahədən də biliklər əldə etsinlər, müxtəlif iş dünyası təcrübələrindən yararlansınlar.

- Universitetinizdə azərbaycanlı müəllim və tələbələriniz varmı?

- Universitetimiz çoxdilli və multikultural təhsil modelinə üstünlük verir. Bu kontekstdə müxtəlif millətlərdən olan tələbələrimiz və alimlərimiz var. Hazırda azərbaycanlı müəllimlərimiz olmasa da, universitetimizdə 29 azərbaycanlı tələbə təhsil alır. Biz bu rəqəmi daha da artırmağa çalışırıq. Onu da deyim ki, universitetimiz Azərbaycanın Milli Elmlər Akademiyası ilə də əməkdaşlıq edir.

- Hansı istiqamətdə?

- Daha çox politologiya ilə bağlı. Pandemiya dönəmində AMEA vasitəsilə bir neçə universitetlə əməkdaşlıq etdik.

- Cənab rektor, Sizi həm də Türk Yazarlar Birliyinin (TYB) rəhbərliyində təmsil olunan şəxs kimi tanıyırıq. TYB-nin Azərbaycanla və bütövlükdə türk dünyası ilə əlaqələri necə qurulub?

- Türkiyə Yazarlar Birliyi qurulduğu 1978-ci ildən indiyədək ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində bir çox milli və beynəlxalq fəaliyyətləri uğurla həyata keçirir. Təbii ki, bu fəaliyyətlərdə Azərbaycanın və Türk Dünyasının xüsusi yeri var.

Dünyanın hər yerindən şairlərin iştirakı ilə iki ildən bir müxtəlif ölkələrdə keçirilən və türk dünyasının ən böyük ədəbi qurumu sayılan Beynəlxalq Türkcə Şeir Festivalları davam edir. Bu festivalların məqsədi, geniş bir coğrafiyada müxtəlif ləhcələrdəki şeiriyyət zənginliyinə malik türkdilli toplumlara xidmət etmək, ortaq dil və ədəbiyyat zəminini yaratmaq, ədəbiyyat və mədəniyyət adamları, aydınlarımız arasında mövcud dialoqu daha da inkişaf etdirməkdir.

TYB həm də türk dünyasında insan hüquqlarının regional və qlobal səviyyədə qorunması istiqamətində də fəaliyyət göstərir. Məsələn, Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki Şərqi Türküstanda insan haqlarının pozulmasını müzakirə, analiz etmək və dəyərləndirmək məqsədilə, 2021-ci ildə iyunun 20-də akademik, yazıçı, tarixçi və jurnalistlərin iştirakı ilə “Şərqi Türküstan Seminarı” (Doğu Türküstan Çalıştayı) təşkil etdik. İctimaiyyətin böyük marağına səbəb olan proqramın sonunda problemin həllinə töhfə vermək məqsədi ilə, seminarın yekun bəyannaməsini Çin hökumətinin rəsmilərinə, müvafiq dövlətlərə, beynəlxalq insan haqları təşkilatlarına və media orqanlarına göndərdik.

Türk coğrafiyasında yaşayan yazarların bir-birini tanımasına, ortaq problemlərin müəyyənləşdirilməsinə və həllinə zəmin yaratmaq, onların əsərlərinin türk dünyasında tanıtmaq məqsədilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) çərçivəsində yaradılan “TÜRKSOY Yazarlar Birliyi”nə biz də dəstək verdik. Qurumun İdarə Heyətində mənim üzərimə də məsuliyyətli vəzifə düşdü, mənə birliyin sədr müavini vəzifəsi həvalə edildi.

- Bir yazıçı olaraq rəqəmsallaşan dünyada ədəbiyyatın və sözün yerini necə qiymətləndirirsiniz?

- Ədəbiyyat vasitələri, nəşr üsulları, istehsal və nəşr mühitləri dəyişsə də, ədəbiyyatın, sözün əhəmiyyəti və dəyəri heç zaman dəyişməz. Bu gün mobil telefonlar və kompüterlər vasitəsilə internetdə rəqəmsal ədəbi mətnlərə daxil olmaq, hətta yazılanları şərh etmək, tənqid etmək mümkündür. Təbii ki, müasir, ucuz başa gələn, ünvanına tez çatan və qarşılıqlı əlaqəni asan təmin edən rəqəmsal mətnlərə gənclər böyük maraq göstərirlər.

Düşünürəm ki, çap mətnləri ilə rəqəmsal mətnlərə, bir-birinə rəqib deyil, bir-birilərini tamamlayan anlayış kimi baxmalıyıq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xəzər dənizində zəlzələ qeydə alınıb
  2. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  5. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  6. Nizami rayonunda motosiklet piyadanı vurub
  7. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  9. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  10. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?