İsrail ilk dəfə “Arrow-3” zenit-raket kompleksindən istifadə edib
İsrail Müdafiə Qüvvələri ilk dəfə döyüşdə “Arrow-3” raketdən müdafiə sistemindən (İvrit dilində "Hetz-3" kimi tanınır) uğurla istifadə edib.
"Report"un xəbərinə görə, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, raket Qırmızı dəniz üzərində səmada hava hədəfini tutmaq üçün istifadə edilib. Noyabrın 9-u axşam saatlarında İsrailə yönələn hədəf ələ keçirilib.
"Bu, “Arrow-3” sistemi tərəfindən 2017-ci ildə işə salınandan bu günə kimi ilk operativ müdaxilədir. Nailiyyət “Arrow-3” sistemi tərəfindən keçən həftə həyata keçirilən ilk operativ müdaxilənin son uğurundan sonra əldə olunub", - məlumatda deyilir.