Neft cüzi ucuzlaşıb
Bu gün neft qiymətlərində sabitlik qeydə alınıb, treyderlər bazarda tələb və təklif perspektivləri ilə bağlı yeni siqnallar gözləyirlər.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, "Brent" markalı neftin sentyabr fyuçersləri Londonun ICE Futures birjasında 0,01 ABŞ dolları (0,01 %) bahalaşaraq bir barel üçün 82,41 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə bir barel üçün 0,06 ABŞ dolları (0,08 %) ucuzlaşaraq 78,34 ABŞ dollarına bərabər olub.