azadses.az » Manset » Dünya Bankı 2030-cu ilə qədər Azərbaycan ÜDM-inin artımı ilə bağlı proqnozlarını açıqlayıb

Dünya Bankı 2030-cu ilə qədər Azərbaycan ÜDM-inin artımı ilə bağlı proqnozlarını açıqlayıb

Dünya Bankı 2025-ci ildə Azərbaycanda iqtisadi artımı 2,7 % səviyyəsində proqnozlaşdırır.

Bu barədə “Report”a Dünya Bankından məlumat verilib.

Bankın proqnozlarına əsasən, ölkədə ÜDM-in artım tempi 2026-cı ildə 2,4 %-ə, 2027-ci ildə 2,3 %-ə, 2028-2029-cu illərdə isə 2,2 %-ə qədər azalacaq. 2025-2029-cu illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla ildə 2,4 % artacaq.

Bankın hesablamalarına görə, əsas yataqların (Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar bloku) köhnəlməsi səbəbindən neft hasilatı azalmağa davam edəcək, təbii qaz hasilatı (“Şahdəniz” yatağında) isə 2024-2025-ci illərdəki pik səviyyələrdən sonra sabitləşəcək.

İqtisadiyyatın qeyri-resurs sektorları, əsasən xidmət və tikinti sektoru ildə 4 % səviyyəsində artım nümayiş etdirəcək. Tikinti sektoru, güman ki, dövlət investisiyalarına meylli olacaq.

Dünya Bankından bildirilib ki, iqtisadiyyatda dövlətin yüksək payı, maliyyə bazarının zəif inkişafı və kifayət qədər insan kapitalının olmaması kimi əsas struktur məhdudiyyətləri aradan qaldırılarsa, ortamüddətli perspektivdə artım templəri sürətlənə bilər. Bunun üçün isə son vaxtlar qəbul edilmiş rəqabət qanunu və maliyyə sektorunda normativ-hüquqi aktlarının səmərəli şəkildə həyata keçirilməsi lazımdır.

Dünya Bankının proqnozlarına görə, ölkənin xarici və fiskal vəziyyəti ortamüddətli perspektivdə dayanıqlı olaraq qalacaq, hərçənd karbohidrogen gəlirlərinin hasilat həcmlərinə uyğun olaraq azalması səbəbindən profisitlərin azalacağı gözlənilir.

“Eyni zamanda iqtisadi proqnozlar geosiyasi amillər, qlobal iqtisadi dəyişikliklər və iqlim çağırışları da daxil olmaqla bir sıra risklərə məruz qalır”, - bankdan qeyd edilib.

Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-cü ildə ÜDM-in artımını 3,5 %, Mərkəzi Bank isə 3,3 % səviyyəsində proqnozlaşdırır.

Beynəlxalq reytinq agentliklərinin 2025-2026-cı illər üzrə Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozları dəyişir: “S&P Global” - illik 2 %, “Fitch Ratings” - 2025-ci ildə 3 % və 2026-cı ildə 2,4 %, “Moody's” - illik 2,5 %. Niderlandın ING bankı isə ölkədə iqtisadi artımın bu il 2,6 %, gələn il isə 2,8 % səviyyəsində olacağını gözləyir.

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % artıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ötən gün vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb
  2. Kəhrəbada həkk olunan sirr: "Göz qabağında gizlənən" qədim qarışqa növü kəşf edildi
  3. Gəncədə beş nəfər qidadan zəhərlənib
  4. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  5. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  6. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  7. Azərbaycanda zəlzələ olub
  8. Bakıda kitabxana yanıb
  9. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  10. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında memorandum imzalanıb
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında memorandum imzalanıb
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Bu barədə Ətraflı
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib