Budapeşt Azərbaycanda istehsal olunan ekoloji təmiz enerji ilə maraqlanır
- 4-06-2025, 18:18
- Manset / İqtisadiyyat
Macarıstan Azərbaycanda istehsal olunan ekoloji cəhətdən təmiz enerjiyə çıxış əldə etməyə çalışır.
“Report” xəbər verir ki, bunu Macarıstanın Energetika Nazirliyinin enerji siyasəti üzrə dövlət katibinin müavini Mark Alfeldi-Boruss Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.
"Azərbaycanda istehsal olunan ekoloji cəhətdən təmiz enerjiyə çıxış əldə etməyə çalışan Macarıstan "Yaşıl enerji dəhlizi" təşəbbüsünü dəstəkləyir. Bu, bizim enerji təhlükəsizliyimizi gücləndirəcək və iqlim hədəflərinə nail olmağa kömək edəcək", - o qeyd edib.
Alfeldi-Boruss əlavə edib ki, COP29 yeni eranın başlanğıcının əsasını qoyub, çünki iqlim maliyyələşdirilməsi üzrə təlimat artıq təsdiqlənib.
"Macarıstan əməkdaşlığa, "yaşıl" inkişafa inanır və ümid edir ki, tərəfdaş kimi COP29-un əsas nailiyyətlərindən səmərəli istifadə edə biləcək", - o bildirib.