azadses.az » Manset » Prezidentin köməkçisi din xadimləri ilə görüşüb - FOTO

Prezidentin köməkçisi din xadimləri ilə görüşüb - FOTO

Gəncə şəhərindəki İmamzadə dini kompleksində bir qrup din xadimi ilə görüş keçirilib.
''Azad Səs'' BAKU.WS-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, ayrı-ayrı regionlardan olan din xadimləri, respublikanın müxtəlif məscidlərinin imamları iştirak ediblər.
Görüşdə çıxış edən Anar Ələkbərov müstəqillik illərində dövlət-din münasibətlərinin yeni müstəvidə formalaşdığını, Azərbaycanda dövlət səviyyəsində dinə xüsusi diqqət göstərildiyinı qeyd edib. Bildirib ki, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət daim bu sahəyə dəstək göstərir. Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət və həssaslıqla yanaşır. Qeyd olunub ki, Azərbaycanda dövlət-din münasibətləri, dinlərarası əlaqələr sağlam zəmin üzərində qurulub.
Bu, dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu gün dünyanın bir çox ölkəsində dini zəmində zorakılığın, münaqişələrin şahidi olsaq da, Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi seçilir. Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı ölkə olduğu, bütün dinlərin, etnik qrupların nümayəndələrinin bir ailə kimi sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşadığı qeyd edilib.
Bu sahədəki nailiyyətlərimizin dünya birliyində yüksək qiymətləndirildiyi, Bakıda dünya dini liderlərinin birinci və ikinci sammitlərinin keçirildiyi, 2017-ci ildə Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyi, bütün bu kimi tədbirlərin dini tolerantlıq sahəsindəki uğurlarımızın təzahürü olduğu diqqətə çatdırılıb.
Anar Ələkbərov ölkəmizin demək olar ki, bütün bölgələrində, hər bir rayonunda məscidlərin inşa olunduğunu və ya bərpa edildiyini, yeni məscidlərin açıldığını bildirib. Bütün bunlar bir daha göstərir ki, dövlət siyasətində tarixi keçmişimizin unudulmaması, gələcək nəsillərin milli-mənəvi dəyərlərə daha çox bağlanması mühüm yer tutur. Son illər Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində, İmamzadə dini kompleksində geniş tikinti və yenidənqurma işlərinin həyata keçirildiyi bildirilib. Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin tapşırığı ilə Şuşa məscidinin bənzəri olan məscidin tikilməsinin və uzun fasilədən sonra burada azan səsinin ucalmasının əlamətdar hadisə olduğu diqqətə çatdırılıb.
Məscidlərlə yanaşı, ölkəmizdə kilsələr, sinaqoqlar təmir edilir. Eyni zamanda, Azərbaycanda dövlət qeydiyyatından keçən dini icmaların fəaliyyəti üçün şərait yaradıldığı, mövcud problemlərin həlli istiqamətində mühüm addımlar atıldığı bildirilib.
Bu istiqamətdə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanıb. Fond reallaşdırdığı layihələrlə müxtəlif xalqlar və dinlər arasında dostluq, həmrəylik kimi dəyərlərin bərqərar olmasına öz töhfələrini verməkdədir. Fondun "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılıb. Hazırda isə Heydər Əliyev Fondu tərəfindən Bakının Xəzər rayonunun Binə qəsəbəsində Möhsün Səlim məscidində təmir işləri aparılır, Şamaxı rayonundakı Pirsaat Baba ziyarətgahında yenidənqurma işləri həyata keçirilir, ziyarətgahın ərazisində yeni məscid binası inşa olunur. Həmçinin Şamaxıdakı Pir Ömər Sultan ziyarətgahında arxeoloji tədqiqatlar aparılıb və türbənin qorunub saxlanılması məqsədilə konservasiya işlərinin layihələndirilməsi davam edir. Şəki şəhərindəki Xan məscidində təmir-bərpa işlərinə başlanılıb, Qəbələ rayonunun Nic kəndində qədim alban kiləsində yenidənqurma işləri aparılır, İsmayıllı rayonunun Lahıc qəsəbəsində Bədöyün məscidi əsaslı təmir olunur.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dövlət-din münasibətlərinin möhkəmləndirilməsi və dinlərarası dialoqun genişləndirilməsi istiqamətində səyləri vurğulanıb. Bildirilib ki, Şeyxülislam Allahşükür Paşazadənin dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.
Anar Ələkbərov COVID-19 pandemiyasının bütün sahələrə, o cümlədən dindarların həyatına da təsirsiz ötüşmədiyini deyib. Qeyd edib ki, yeni növ koronavirusun geniş yayılması səbəbindən hazırda bütün dünyada, o cümlədən ölkəmizdə kütləvi tədbirlər keçirilmir. Beynəlxalq təcrübə və ilk növbədə, insan həyatının qorunması əsas götürülərək, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu ilin mart ayından məscid, kilsə, sinaqoq və ziyarətgahlarda ibadətlər müvəqqəti olaraq dayandırılıb. İnsanların sağlamlığının qorunması baxımından atılmış bu addımın istər din xadimləri, istərsə də əhali tərəfindən anlayışla qəbul olunduğu minnətdarlıqla diqqətə çatdırılıb.
Qeyd olunub ki, virus səbəbindən dünya zəvvarlarının, o cümlədən çoxsaylı vətəndaşlarımızın Həcc ziyarəti arzusu baş tutmayıb, Məhərrəmlik ayı ərzində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməməsi qərara alınıb, eyni zamanda, Ramazan və Qurban bayramlarında dini ayin və mərasimlərin keçirilməsi mümkün olmayıb. İnsanlar məscidlərdə bayram namazını birlikdə qıla bilməsə də, televiziya kanallarında müxtəlif məscidlərin imamlarının iştirakı ilə qılınan namaz canlı nümayiş olunub və bu da pandemiya şəraitində insanlar tərəfindən rəğbətlə qarşılanıb.
Anar Ələkbərov qeyd edib ki, pandemiyanın başlanğıc mərhələsində karantin rejimi və tətbiq olunan bir sıra məhdudiyyətlərin iqtisadi sahədə çətinliklərə yol açacağı proqnozlaşdırılsa da, Prezident İlham Əliyev vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq müəyyənləşdirib, hökumətin fəaliyyəti də bu strategiya üzərində qurulub.
Azərbaycan Prezidentinin köməkçisi ötən dövr ərzində Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahda aparılmış müzakirələr və görülən işlər barədə məlumat verib. Bildirib ki, ötən müddət ərzində xüsusi rejimli xəstəxanalar lazımi avadanlıqla təchiz edilib, təlimlər keçirilərək kadr hazırlığı təmin olunub, əhalinin ehtiyacları qarşılanıb, xaricdəki soydaşlarımızın ölkəyə gətirilməsi təşkil olunub. Qəbul edilən qərarlar və görülən tədbirlər nəticəsində xəstəliyin nəzarət altına alındığı, səhiyyə sisteminin mövcud çağırışa uyğun olaraq qurulduğu qeyd edilib.
Görüşdə din xadimlərinin fikirləri və təklifləri dinlənilib, belə müzakirələrin əhəmiyyəti qeyd olunub. Çıxışçılar dövlət tərəfindən dinə və din xadimlərinə olan diqqəti yüksək dəyərləndiriblər və ölkəmizdə bu sahədə görüləcək işlərə dair müzakirələr aparılıb.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib