Qazaxıstanda ümummilli matəm elan olundu
- 27-12-2019, 10:38
- Manset

“RİA Novosti” xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi açıqlama verib.
Xatırladaq ki, Qazaxıstanın “Bek Air” şirkətinə məxsus “Fokker 100” təyyarəsi Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 15 nəfər həlak olub, 50 nəfər xəstəxanaya yerləşdirilib.