Rəmiş ağır əməliyyat ediləcək - HƏKİM
- 13-01-2021, 10:32
- Mədəniyyət

''Azad Səs'' xəbər verir ki, bu barədə tanınmış gitara ifaçısının həkimi Nuru Bayramov məlumat verib.
Həkim “Elgizlə izlə” proqramına telefonla bağlanaraq bildirib ki, Rəmişdə hepatit C mənşəli xroniki qaraciyər xəstəliyi aşkarlanıb:
“Ağciyərində də problem var. Hazırda Rəmiş müəllimi qaraciyər transplantasiyasına namizəd kimi qəbul edirik. İndi müalicə davam edir. İlk növbədə ağciyərini yoxlayırıq. Bu arada da vaxt itirməmək üçün hepatit C-nin müalicəsinə də başlanılıb. Müalicə təxminən altı ay davam edəcək.
Qarına su yığılmağı qaraciyərindəki problemlə bağlıdır. Ağciyərində hər hansı problem olmasa, yaxın gələcəkdə qaraciyər dəyişdirilməsini həyata keçirəcəyik”. //Qafqazinfo.az