azadses.az » Mədəniyyət » "Mən kişi olsaydım..." - Aygün Kazımova

"Mən kişi olsaydım..." - Aygün Kazımova

“Xəyanəti heç vaxt bağışlamaram. İlk dəfə mənə xəyanət ediblər. Xəbərim olub, bağışlamamışam. Bu məsələni hamı bilir. Qürur başqadır, sədaqətsizlik, xəyanət başqadır. İnam itir. Ümumiyyətlə kişi qadına xəyanət edirsə, bildirməsin. Əgər bunu bacarırsa ... Bu ortaya çıxırsa, xanımı haqsız çıxarırsa, haradadır ədalət?!”

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “ATV maqazin onlarla” proqramında qonaq olarkən bildirib.

Məşhur müğənni “33 sual” rubrikasında şəxsi həyatı barədə maraqlı açıqlamalar verib. Sənətçi hazırda sevgilisinin olmadığını qeyd edib. Bundan əlavə, A. Kazımova uzun illər əvvəl həyat yoldaşından ayrılsa da, boşanmadığını bildirib. O, şəxsiyyət vəsiqəsində hələ də “evli” yazıldığını deyib.

Xalq artisti qeyd edib ki, kişilər sevgi etirafından qorxurlar: “Məni xanımlar daha çox sevir.  Mesaj yazırlar ki, siz bizə stimul verirsiz. Deyirlər ki, sizi görəndə yaşamaq istəyirik. Kişilər də məni çox sevir. Amma etiraf etməyə qorxurlar. Nə zəmanəyə gəldik ki, kişilər etiraf etməyə qorxurlar. Mən kişi olsaydım, qadını sevsəydim, etiraf edərdim. Sevib daxilində saxlamaq necə ola bilər? Səhnədə başqayam, sevgidə başqa. Məni səhv anlayırsız. Sevgidə quzu kimiyəm. Səhnədə şah, padişah, sahibkaram. Amma gecə həyatını sevmirəm, əyləncələrdə olmuram. Bunların hamısı səhnədə baş verir”.

Həmçinin Kazımova illər əvvəl intihara cəhd etdiyini söyləyib: “Möcüzəvi bir şəkildə xilas oldum. Bu barədə çox danışmaq istəmirəm”.

Pop ulduz Xalq artisti İlhamə Quliyevanın ölümündən sonra şou-biznesdə yaranan durğunluqdan da söz açıb:  “Allah rəhmət eləsin. İlhamə Quliyeva rəhmətə gedəndən sonra şou-biznesdə maraqlı hadisələr baş verdi. Hamı dedi ki, onun yerini mən tutacam. Hansı yeri? Mən sadəcə bilmək istəyirəm, söhbət hansı yerdən gedir? İlhamə xanım bir böyük kimi hamını yerində otuzdururdu. Arada mənə də dəydi. Ümumiyyətlə şou-biznes oyundur. Hər kəslə bir cür danışmalı, rəftar etməlisən”.

Aygün Kazımova uzun illərdir aralarında soyuq küləklər əsən Xalq artisti Röya Ayxan barədə verilən sualı da cavablandırıb: “W- trio mənə doğmadı. Vaqif Gərayzadə elə qızlar seçib ki, hər birinin özünəməxsus istedadı var. Üçü də mənə əzizdir. Mən Röya Ayxanla küsülü deyiləm, belə bir hiss yaşamıram. Bəlkə Röya məndən küsüb? Uman yerdən küsərlər. Başqa cür küsməyə haqqı yoxdur, mən böyüyəm”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib