Bu gün Yaşar Nurinin doğum günüdür
- 3-09-2020, 13:41
- Mədəniyyət
Yaşar Nuri (Nuriyev Yaşar Məmmədsadıq oğlu) 3 sentyabr 1953-cü ildə Bakı şəhərində anadan olub.
Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib.
1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsi bitirib, Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.
Bundan sonra Y.Nuri teletamaşalarda, səhnədə və kino sənətində məharətini nümayiş etdirərək yüzlərlə tamaşa və filmdə rəngarəng obrazlar yaradaraq geniş tamaşaçı rəğbətini qazanıb. Aktyorun yubileyləri hər dəfə təntənəli şəkildə keçirilib. 1981-ci ildə 30 illik yubileyində ona Əməkdar artist adı, 1991-ci ildə 40 illik yubileyində "Yaramaz" filmindəki roluna görə Dövlət Mükafatı verilib. 1996-cı ildə 45 illiyinə həsr olunmuş "Səhnəmizin Yaşarı", 2001-ci ildə isə 50 illiyi ilə əlaqədar "Yaşar Olduğu kimi" sənədli filmləri çəkilib. 2011-ci ildə Yaşar Nurinin 60 illik yubileyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təntənəli şəkildə qeyd olunub.
İstedadlı aktyor "Yaramaz" filmindəki Maşallah roluna görə Azərbaycan Respublikasının Dövlət Mükafatına, sonra "Qızıl dərviş" Mükafatına,Azərbaycan Respublikası Prezidentinin I dərəcəli Mükafatına, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, "Şöhrət" ordeninə və Milli Kino Mükafatına layiq görülüb.
Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə vəfat edib.