azadses.az » Mədəniyyət » Tacir Şahmalıoğlu: “Sübut edəcəyik ki, Tacir-Fədayə dueti hələ ölməyib”

Tacir Şahmalıoğlu: “Sübut edəcəyik ki, Tacir-Fədayə dueti hələ ölməyib”

Məhbusların qaçmasına yardım etdiyi üçün 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan müğənni Fədayə Laçın oktyabrın 29-da səhər saatlarında azadlığa çıxıb.
Fədayə Laçın jurnalistləırə ilk açıqlamasında “oxumaq üçün ürəyim partlayır” deyib.

Xanım sənətçinin azadlığa çıxması xəbərini vaxtilə onunla duet ortağı müğənni həmkarı Tacir Şahmalıoğlu necə qarşılayırb? Bu iki sənətçini yenidən duet ortağı kimi səhnədə görmək mümkün olacaqmı?

Azadses.az xəbər verir ki Modern.az-ın əməkdaşı bu suallarla müğənni Tacir Şahmalıoğluna müraciət edib.


Tacir Şahmalıoğlu bildirib ki, Fədayənin azadlığa çıxmasına öz ailəsi qədər sevinib:


“Hər kəs bilir ki, biz Fədayə xanımla çox yaxın olmuşuq. Hətta bir səhnəni və eyni musiqini bölüşmüşük. Fədayə mənim ən yaxın dostlarımdan biridi. Düzü onun həbs olunması xəbərini eşidəndə çox pis olmuşdum. Həyatdır da, səhvsiz insan olmur. Bu da Fədayənin bir səhvi idi.  Bir səhvsiz var, o da Allahdır. Şükür olsun ki, indi azadlıqdadır.  
Bir zamanlar belə xəbər yayılmışdı ki, mənimlə onun arasında bu məsələyə görə soyuqluq yaranıb. Əksinə, mən hər zaman ona bir xanım kimi dəyər vermişəm. Çünki mənim əsas duet ortaqlarımdan biridir. Deyərdim ki, hər kəs bizi “Tacir-Fədayə” deyə səsləyir. Fədayə deyiləndə ilk Tacir yada düşür, yaxud da əksinə. Mənə elə gəlir ki, bu gündən artıq Fədayə ancaq öz sənətini düşünüb, bu yolda da addımlayacaq. Çünki həbs müddəti zamanı  həyatın ağrı-acısını gördü. Belə başa düşürəm ki, bir də belə səhvlərə yol verməz”.
 
Tacir Şahmalıoğlu  Fədayə Laçınla  yeni bir duet  oxumaq haqqında düşündüyünü də söyləyib:


“İndi təzə azadlığa çıxıb, bir az özünə gəlsin, inşallah ki, yeni duet oxumaq fikrim var. Düşünürəm ki, bu bizləri sevən dinləyiciləri və fanatları  daha da sevindirəcək. Bununla da sübut edəcəyik ki, Tacir-Fədayə dueti hələ ölməyib”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib