azadses.az » Siyasət » “Ermənistan adlı bir siyasi subyektin dünya xəritəsində sağ qala biləcəyi şübhəli görünür”

“Ermənistan adlı bir siyasi subyektin dünya xəritəsində sağ qala biləcəyi şübhəli görünür”

Qarabağın “bəd xassəli xərçəngi”
 
Bəzi mənbələrə görə erməni qəbiləsi tarixi zamanlarda Hindistandan qovulub qədim Mesopotomiya ərazisinə sığınmış və oradan da Şərqi Avropaya yayılmışdı. Özlərinin ibarəsi ilə desək, Avropa xalqları ilə “genetik uyğunsuzluq” problemi yaşayan ermənilər sonrakı dönəmdə Balkanlardan çıxarılmış, daha sonrakı tarixlərdə isə Kilikiya ərazisindən qovulmuşdular. 200 il əvvəl bölgəmizdə baş verən dramatik tarixi hadisələr nəticəsində ermənilər Qafqazlarda məskunlaşdırıldılar. O zamandan etibarən Şərqi Anadolu və Azərbaycan ərazisində ürəyib-artan və hələ də mağara təfəkkürü ilə yaşayan ermənilər xərçəng xəstəliyi kimi bütün dünyaya yayılmaqda davam edirdilər.
 
100 il əvvəl Osmanlının cərrahi müdaxiləsi ilə Şərqi Anadoludan kəsilib götürülmüş erməni xərçənginin son metastazı 1988-ci ildə özünü Azərbaycanda göstərdi. 5 il ərzində günbəgün inkişaf edən metastaz Qarabağda bədxassəli şişə çevrildi və düz 30 il ərzində Azərbaycana əzablar yaşatdı. Erməni xərçənginin müalicəsi üçün dünyanın başbilənləri (ABŞ, Fransa, Rusiya) tərəfindən 30 ilə yaxın aparılan “müalicə” cəhdləri də heç bir nəticə verməyəndə Azərbaycanlı “Baş Həkim” Qarabağın sinəsinə çıxmış bədxassəli erməni şişini yeni icad olunmuş “Bayraktar” cihazının köməyi ilə kəsib atdı...
 
Növbəti metastazın harada baş qaldıracağı barədə ehtimallar çoxdur. Rusiyanın cənub-qərb bölgələri, Gürcüstan, İran və Türkiyə ərazisi əsas risk zonaları hesab oluna bilər. Amma Qarabağda baş verənlərdən bütün dünyanın məlumatlı olması gələcəkdə yeni metastaz hallarının residiv (təkrarlanmaq) ehtimalını xeyli azaldıb.
 
Düşünmək olardı ki, 44 günlük savaşda ordusunu, ictimai-siyasi və iqtisadi-sosial inkişaf imkanlarını, saxta qürurunu və ləyaqətini itirmiş ermənilər tarixi hadisələrdən doğru nəticə çıxarıb özlərinə miflər yox, real dövlət qurmaq zərurətini dərk edəcəklər. Amma Ermənistan mətbuatına nəzər salanda bu zərurətin erməni cəmiyyəti tərəfindən dərk olunmadığı görünür.
 
Erməni millətinin müstəsnalığı, erməni tarixinin qədimliyi, erməni xristianlığının birinciliyi, erməni ordusunun yenilməzliyi və s. haqqında saysız-hesabsız əfsanələrlə zombiləşmiş erməni ictimai şüuru obyektiv reallıqdan uzaqlaşıb paralel - virtual dünyada yaşamaqda davam edir. Ermənistan siyasi palitrasının istisnasız olaraq bütün nümayəndələri tarixin təkərini geri döndərməyə cəhd edən yalançı pəhləvanları xatırladırlar. Mövcud şəraitdə erməni cəmiyyəti qarşısında duran prioritetlərin müəyyən edilməsində hamı bir nəfər kimi müharibənin və məlum 10 Noyabr Bəyanatının nəticələrinin ləğv edilməsinə nail olmaq üçün yalnız istehza doğura biləcək bir-birindən hiyləgər planlar, bir-birindən aciz və gülünc təkliflər irəli sürürlər. Müstəqil Ermənistan dövlətinin yaradılması zərurəti kimi ilkin vacib vəzifə isə liderlərdən heç birinin ağlına belə gəlmir.
 
Birləşmiş müxalifətin yeni müvəqqəti baş nazir postuna vahid namizədi, Qarabağ münaqişəsinin mənbəyində dayanan millətçi ekstremistlərdən olan, 1988-ci ildə bədnam “Qarabağ” komitəsinin təsisçilərindən və “Miatsum” hərəkatının təşəbbüsçülərindən biri olmuş Vazgen Manukyan Baş nazir Paşıinyanı istefaya göndərib, Bəyanatın şərtlərinə yenidən baxılmasından danışır. Vazgen Manukyanın baş nazir postuna yiyələnəcəyi halda milli ədavətin dərinləşməsinə rəvac verəcəyi ermənilərə yaxşı məlumdur. Buna baxmayaraq və ya bəlkə də məhz buna görə 16 siyasi partiya ölkənin böhran vəziyyətindən çıxarılmasını məhz bu qatı cinayətkara həvalə etmək fikrində yekdildir.
 
Yenicə xarici işlər naziri təyin olunmuş, keçmişdə tacirliklə səfirlik funksiyalarını bir arada daşıyan Ara Ayvazyan da Rusiyaya etdiyi ilk xarici səfərində irəli sürdüyü məşhur tezisləri ilə ermənilərdən başqa hamını təəccübləndirib. Özündən əvvəlki sələfinin acı taleyinin səbəbini anlamayan Ara Ayvazyan aşağıdakıları bəyan edib:
1. “Ermənistan Artsax xalqının öz müqəddaratını təyin etməsi hüququnun tanınması və təhlükəsizliyi mövqeyindən çıxış edib və edir”.
 
2. “Türkiyə silahlı personalını və onlarla bağlı olan terrorçu qrupları Qarabağ münaqişəsi zonasından və ümumilikdə Cənubi Qafqazdan çıxarmalıdır.”
 
Öz ölkəsində müharibədən qaçıb gizlənən fərariləri öz meşələrindən tapıb çıxara bilməyən bir ölkənin xarici işlər naziri Türkiyədən hərbi personalını Cənubi Qafqazdan çıxarmağı tələb edir. Gülməli deyilmi? Yeni nazirin son 2 ayda baş vermiş hadisələrdən xəbərsiz kimi danışması müxalifətlə yanaşı Ermənistan iqtidarında da hərtərəfli böhrandan çıxış yolları haqqında heç bir təsəvvürün olmadığını göstərir.
Armenian Report isə yazır ki, “…Putin türklər üzərində şərəfli qələbələr qazanan və həmişə bizi mühafizə edən rus çarlarının və I Pyotrun vəsiyyətinə xəyanət etdi”. Deməli, erməni ziyalısının da şüurunda Ermənistanın təhlükəsizliyinin zəmanəti müstəqil Ermənistan dövləti və onun ordusu yox, yalnız rus çarlarının vəsiyyəti imiş.
 
Televiziya kameralarına müsahibə verən sadə erməni vətəndaşları da savaşdakı uğursuzluğu məhz onlara kömək olunmaması ilə əlaqələndirirlər. İşğalın, saxta soyqırımı və ərazi iddialarının əsassız olduğu və bütün uğursuzluqların məhz bu iddialardan qaynaqlandığı isə heç bir erməninin ağlına belə gəlmir.
 
Beləliklə, bütün yanaşmalar müstəqil Ermənistan dövlətinin qurulmasını və region dövlətləri ilə sıx əməkdaşlıq şəraitində dünya tərəfindən tanınmış sərhədləri çərçivəsində öz xalqının rifahı üçün çalışmağı istisna edir. Böhrandan çıxış yolları isə növbəti dəfə hansısa xarici dövlətin himayəsinə bel bağlamaq və bundan sonra kimə sığınmaq haqqında absurd mülahizələrə söykənir.
 
Görünən odur ki, Qafqazda olduqları 200 il ərzində terrorçuluq, düşmənçilik, qonşu xalqlara qarşı həsəd və nifrət, militarizm və revanşizm iddiaları ilə dəfələrlə siyasi bataqlığa girmiş ermənilərin şüurunda sonuncu acı məğlubiyyət də dönüş yarada bilməyib. Dəfələrlə cərrahi əməliyyata məruz qalsa da “bəd xassəli xərçəng” erməni ictimai-siyasi şüurunda inadkarlıq göstərir. Bu məntiqlə yaşadığımız yüzillikdə Ermənistan adlı bir siyasi subyektin dünya xəritəsində sağ qala biləcəyi şübhəli görünür.
 
Universal siyasi təcrübənin yekdil qənaətinə görə hər bir xalq özünə layiq olan rəhbərə və dövlətə malik olur. Ermənistanın da olanı budur. Öz tarixi, öz mədəniyyəti, öz keçmişi və gələcəyi haqqında özünün doğru təsəvvürü və aydın anlayışı olmayan bir xalqın öz müstəqil dövləti ola bilərmi?!
 
Cavanşir Feyziyev
 
Milli Məclisin deputatı
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?