azadses.az » Siyasət » Xocalı aeroportu ilə bağlı qərar veriləcək - "Bağlanmalıdır!" - EKSPERT RƏYİ

Xocalı aeroportu ilə bağlı qərar veriləcək - "Bağlanmalıdır!" - EKSPERT RƏYİ

"Qarabağın bərpası ilk növbədə yollardan, nəqliyat infrastrukturundan asılıdır. İnfrastruktur qurulduqca bərpa sürətlənəcək və genişlənəcək. Həm bərpa, həm gələcək inkişaf baxımından nəqliyat infrastrukturu nə qədər inkişaf etmiş olsa, nəqliyyat üçün alternativ yollar nə qədər çox olsa, o qədər hərtərəfli xeyrimizədir".

Bu sözləri Redaktor.az-a hərbi ekspert Nazim Bayram deyib. O bildirib ki, Şuşaya alternativ yol, yaxud Füzulidə hava limanı tikilirsə, bu, o demək deyil ki, hazırda Qarabağda nəzarətimizdə olmayan yollardan imtina edirik: 

“Vaxt olub, elə bizim regionda dəmir yolları konsessiyaları üstündə B.Britaniya ilə Rusiya müharibələr aparıb. Bu gün biz Naxçıvan üzərindən Mərkəzi Asiyadan Türkiyəyə və Yaxın Şərqə əlavə dəmir yolu beynəlxalq dəhlizi açırıq. Hərbçi kimi deyim, bunun özü 100 il əvvəl bir müharibəyə səbəb olardı və olub.

Biz də dünyaya əlavə və ən mühüm coğrafi çıxışa, Qarabağ müharibəsində qələbəmizin nəticəsində nail olduq. (Sözdə "baza prinsipləri" regionda bütün nəqliyat infrastrukturun açılmalısını nəzərdə tuturdu. Ancaq reallıqda açılırdımı?)

Pyotrun "Avropaya pəncərə açmasını" ruslar tarixlərinin ən böyük hadisəsi hesab edirlər. Biz isə Türkiyə ilə quru yolla bilavasitə birləşməmizi, üzərimizdən dünyanı birləşdirən yolların keçəcəyini hesaba almadan, Ağdamdan Xankəndinə bu dəqiqə sərbəst gedə bilməməyimizə görə kəskin narahatçılıq keçiririk. Belə məsələlərə biraz geniş kontekstdə, miqyaslı və canlı bağlılıqda baxmaq lazımdı”.

Ekspert Xocalı aeroportu ilə bağlı məsələyə də münasibət bildirib:

“Xocalı aeroportuna gəlincə, fikrim qətidir, bu aeroport bizə nə indi, nə sonralar lazım deyil. Yaxın 30 ildə onun açılması nəticə etibarı ilə ermənilərin strateji məqsədlərinə xidmət etmiş olacaq.

Ağdam aeroportundan Xankəndinə 25 km - Bakıdan Binə aeroportuna qədərdir. Gələcəkdə Füzuli, Kəlbəcər, Ağdam aeroportları Qarabağın müxtəlif istiqamətlərində yük və sərnişin daşımalarını təmin etməyə kifayətdir. Bu baxımdan, düşünürəm ki, ümumiyətlə beynəlxalq reyestrlərdə Xocalı aeroportunu aeroportlar siyahısından sildirmək lazımdır”.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib